"Vicdan şöhrətdən də ucadır" - Puqaçovanın müsahibəsi haqda köşə

Emin Əfəndi, 
Çoxları mənim Rusiya ilə son zamanlardakı münasibətlərimdən xəbərdardır. Vəziyyət doğrudan da ruscadır, amma… Dünən üç saatdan artıq davam edən Yekaterina Qordeyevanın Alla Puqaçova ilə müsahibəsinə baxdım və anladım ki, dünyada iki Rusiya var. Birincisi haqda çox yazmışam, orada hər şey aydındır. İkincisi idə mənim sevdiyim Puqaçovanın təmsil etdiyi Rusiyadır.
Puqaçova mövzusu heç vaxt təkcə "Rusiya" anlayışı ilə məhdudlaşmayıb. Mənim üçün o, uşaqlıqdan bəri həm musiqi, həm də həyat fəlsəfəsi demək olub. İlk dəfə televizorda "Эй, вы там наверху" oxuduğunu görəndə, bağça yaşında bir uşaq kimi anlamasam da, hiss etmişdim ki, qarşımda başqa ölçüdə bir dünya dayanır. Elə o an müasirliyin nə olduğunu anladım.
İllər keçdi, və Puqaçova yaddaşımda həmişə müasir olaraq qaldı. O dəyişmədi, sadəcə zamanın içində özünü qoruyaraq hər dəfə yenidən doğuldu. Bu günlərdə isə Qordeyeva ilə müsahibəsini izləyəndə mənə elə gəldi ki, təkcə onun həyatına yox, öz həyatımın da gözümün qabağından keçdi. Söhbət o qədər açıq, o qədər təmiz idi ki, bəzi anlarda, xüsusilə də ölüm haqqında danışanda, mən də qəribə bir kövrəklik hissi yaşadım… Qəribə ifadədir. Əslində elə kövrəldim…
Bu müsahibə sadəcə sənətkarın cavabları deyil, bütöv bir filmdir. Həm də bizim də yaşadığımız həyatın filmi. Puqaçova burada həm güclü, həm də kövrək görünür. Onun səsindəki azadlıq iddiası ilə yanaşı, qorxularının səmimiyyəti də duyulur. Və bəlkə də elə buna görə, o, mənim üçün hər zaman bir simvol olaraq qalacaq. Çünki o, kimin nə deyəcəyindən, hansı damğa vurulacağından asılı olmayaraq öz mövqeyini qoruyan güclü bir qadındır.
Puqaçovanın Rusiya ilə bağlı son sözləri bəlkə də  "birinci Rusiyada" çoxlarının xoşuna gəlməz. Amma o, sadə bir həqiqəti dedi: "Vicdan şöhrətdən də, dəbdəbədən də ucadır."  Bu cümlə bəzən saatlarla kitab oxumaqdan daha artıq təsir gücünə malikdir. Çünki burada söhbət nə musiqidən, nə kinodan, nə də dəbdən gedir. Puqaçova bütün Rusiyalar üçün bir vicdan məsələsidir.
Onu böyük edən sadəcə mahnıları deyil. Onu böyük edən hər zaman müasir qalmaq, zamanın ruhunu hiss etmək və ən əsası vicdanını itirməməkdir. / azxeber.com

Şou Biznes       Tarix: 13 sentyabr 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü

Braziliyada 22 yaşlı gözəllik kraliçası Ana Beatris Arauj Ferrera ailəsi ilə vaxt keçirərkən ildırım vurması nəticəsində həyatını itirib. Hadisə Tokantins ştatının Almas şəhərində baş verib. Ana Beatris Arauj Ferrera anasını

Süni tənəffüs aparatına qoşuldu

Uzun müddətdir mədəaltı vəzi xərçəngi ilə mübarizə aparan 67 yaşlı türkiyəli musiqiçi Soner Olgun yenidən xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağırlaşan sənətçi süni tənəffüs aparatına qoşulub. Qeyd edək ki, Olgun ötən a

Ölən qızı 11 ay əvvəl boşanıbmış

Türkiyəli müğənni Atilla Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın keçmiş həyat yoldaşı Uğur Haliloğlu haqqında səsləndirilən iddialara cavab verib. Haliloğlu açıqlamasında Sezen Taşla 11 ay əvvə

Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq

Amerikalı aktrisa Hilari Suonkun üçüncü övladı olacaq. 52 yaşlı aktrisa 7 aylıq hamilə olduğunu açıqlayıb. Qeyd edək ki, Hilari 2018-ci ildə prodüser və iş adamı Filip Şnayderlə ailə qurub. /

Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi

Dünyaşöhrətli müğənni Teylor Sviftin son görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Müğənni həyat yoldaşı Travis Kelsi ilə oktyabrın 9-da Nyu-Yorkda şam yeməyindən sonra görüntülənib. Cütlüyün əl-ələ lentə alına

Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil aylar sonra anası Yurdagül Ekenin dəfn mərasimində iştirak etməməsinin səbəblərindən danışıb. O, uşaqlıq illərindən qalan incikliklərə toxunaraq anasını bağışladığını, lakin dəfn mərasimin

Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI

Türkiyə serialları təkcə ölkə daxilində deyil, dünyanın bir çox ölkəsində böyük auditoriyaya sahibdir. Serialların beynəlxalq satışları və məşhur aktyorlara olan maraq ulduzların qonorarlarına da təsir göstərir. Bəzi ba

P.Diddi həbsxanadan xəstəxanaya aparıldı

Amerikalı reper P.Diddi (əsl adı - Şon Kombs) başından aldığı xəsarətə görə saxlanıldığı həbsxanadan təcili olaraq xəstəxanaya aparılıb. Bu barədə TMZ nəşri Nyu-Cersi ştatındakı Fort-Diks federal cəzaçəkmə müəssisəsindək

Məşhur müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü

Türkiyəli müğənni Atilla Taşın qızı Sezen Taş Mersində binanın 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirib. Hadisə səhər saatlarında Erdemli rayonunun Çeşməli məhəlləsində yerləşən "Liparis 5" yaşayış kompleksind


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta məzənnələri sou biznes sonxabar az son xeberler 2026