Azərbaycanda qızılcaya görə tibbi maskaya keçilir? - Açıqlama
"Hava damcı yolu ilə keçən bütün infeksiyalarda tibbi maskadan istifadə etmək zəruridir".
KONKRET.az xəbər verir ki, bunu İqtisadiyyat.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.
Onun sözlərinə görə, qızılca həmçinin kontakt yolu ilə də keçdiyi üçün yalnız tibbi maskadan istifadə etmək yetərli deyil: "Yəni yoluxmanın qarşısını almaq üçün bütün gigiyenik tədbirlərə əməl olunmalı və bu xəstəliklə mübarizə üçün tətbiq edilən mövcud qaydaların şərtləri gözlənilməlidir".
Professor Azərbaycanda qızılcaya yoluxmaların sayında kəskin artımın olduğunu və bunun müxtəlif səbəblərdən baş verdiyini bildirib. O, peyvənd təqviminə görə, uşaqların 11 adda peyvənd olunmasının vacibliyini xatırladıb:
"Bu, bir çox infeksion xəstəliklərin – qızılca, skarlatina, difteriya, göy öskürək, tetanus, hepatit B, vərəm və s. qarşısını almış olur. Amma təəssüflər olsun ki, valideynlər müxtəlif şayiələrə uyub milli peyvənd təqviminə əməl etmirlər. Onlar nəzərə almalıdırlar ki, bunu biz yox, Ümumdünya Səhiyyə Təşkilatı və UNICEF nəzərdə tutub. Yəni təkcə bizdə deyil, bütün dünya ölkələrində peyvəndləmə olunur və olmalıdır. Buna nəzarət gücləndirilməlidir. Mərkəzləşmiş halda, nəzarət altında icbari şəkildə vaksinasiya aparılmalıdır".

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var