Gənc qalmağın sirri açıldı: Nə pul, nə də genetika – Həkimdən sensasion açıqlama

Gənc qalmağın sirri açıldı: Nə pul, nə də genetika – Həkimdən sensasion açıqlamaİnsanların gənc görünməsində genetikanın rolu gözlənildiyi qədər böyük deyil. Harvard Universitetinin 80 illik müşahidə və təcrübələrinin nəticələri bu məsələyə fərqli yanaşmağa əsas verir.
KONKRET.az xəbər verir ki, bu barədə həkim-farmakoloq Müşfiq Hüseynov fikirlərini bölüşüb.
Həkim bildirib ki, araşdırmaların nəticəsində eyni şəraitdə böyüyən əkizlərin 30 yaşdan sonrakı vəziyyətləri müqayisə edilərək genetikanın gənc görünmədə rolunun maksimum 20-25 faiz olduğu müəyyən edilib.
"Gənc görünmədə genetikanın rolu maksimum 20-25 faiz imiş. Atam 110 il yaşayıb, mən də azı 100 il yaşayacam deyə bir qanun yox imiş", – deyə o vurğulayıb.
Müşfiq Hüseynovun fikrincə, əsas amillərdən biri xroniki stressdir. O hesab edir ki, uzunmüddətli stress orqanizmə ciddi təsir göstərir və bu prosesdə kortizol hormonunun rolu böyükdür.
Hüseynov insanlara başqalarının həyatını, maddi vəziyyətini və şəxsi seçimlərini müzakirə etməkdən çəkinməyi tövsiyə edib.
"Məsələ "Range Rover" sürmək deyil. Məsələ, "Changan"ı da sürəndə özünü "Range Rover" sürmüş kimi hiss etməkdir", – deyə həkim yazıb.
Həkim qeyd edib ki, davamlı stress, keçmişdə baş vermiş hadisələri unutmaqda çətinlik və emosiyaları idarə edə bilməmək insanın sağlamlığına və xarici görünüşünə mənfi təsir göstərə bilər
Onun sözlərinə görə, sağlam qidalanma, qida əlavələri, kosmetik prosedurlar və maddi imkanlarla yanaşı, insanın psixoloji rahatlığına da diqqət yetirməsi vacibdir.
Günay Əli 
KONKRET.az 

Sağlamlıq       Tarix: 29 avqust 2026
f Paylaş

Oxşar xəbərlər

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v

Dünyada Hantavirus təhlükəsi böyüyür: Virusla bağlı elə dəhşətli iddialar yayıldı ki

Dörd il əvvəl edilən və 2026-cı ildə hantavirusla bağlı mümkün yayılmanı "proqnozlaşdıran" paylaşım sosial şəbəkələrdə yenidən geniş müzakirə olunur. Narahatedici xəbərlərin fonunda internetdə siçanlar və digə

Qızılca ilə bağlı son vəziyyət açıqlandı

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. KONKRET.azxəbər verir ki

Ödemi azaltmağa kömək edən bitki çayları - Hansı daha FAYDALIDIR?

Bədəndə mayenin normadan artıq toplanması nəticəsində yaranan ödem bir çox insanın qarşılaşdığı problemlərdən biridir. xəbər verir ki, xüsusilə isti havalarda, uzun müddət hərəkətsiz qalanda və ya duzlu qidaların həddində

İnfarktın qarşısını almaq üçün vacib QAYDALAR

"Mütəmadi testlər infarktın qarşısını almağa kömək edə bilər. Bunlara lipidoqrammanı (xolesterin və onun fraksiyalarının göstəricisi), eləcə də qanda qlükoza səviyyəsini nəzarətdə saxlamaq daxildir". -a istinadə

Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test

Yaş artdıqca bədənimiz bir çox hərəkəti əvvəlkindən bir qədər yavaş yerinə yetirir: gündəlik gəzintilərimiz qısalır, dözümlülük azalır, beynimiz isə əvvəlki kimi iti olmur. Bu, insanların əksəriyyətinin yaşadığı ümumi prosesdir

Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları

Yay aylarının gəlməsi ilə günəşdən qorunma vasitələrinə maraq artıb. Bir çox insan yüksək qoruyucu faktorlu günəş kremlərinə üstünlük versə də, bəziləri daha təbii alternativlər axtarışındadır. Son dövrlər bu axtarışın ə

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən görüntüleri bu gune olan xeberler cəbhədən son məlumatlar sonxeberler