Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI
Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir.
KONKRET.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, flavanollar orqanizmdə iltihabı azaldır və damar divarlarında toplanaraq infarkt riskini artıran aşağı sıxlıqlı lipoproteinlərin oksidləşməsinin qarşısını almağa kömək edir.
Kardioloqlar qeyd edirlər ki, tünd şokolad həmçinin orqanizmdə azot oksidinin sintezini stimullaşdırır. Bu maddə qan damarlarını genişləndirərək qan dövranını yaxşılaşdırır və arterial təzyiqin aşağı düşməsinə kömək edir.
Mütəxəssislərin fikrincə, tünd şokolad insulinə həssaslığı da artıra bilər. Bu isə uzunmüddətli perspektivdə şəkərli diabet və ürək-damar xəstəliklərinin inkişaf riskinin azalmasına müsbət təsir göstərə bilər.
Həkimlər bildirirlər ki, tünd şokoladın xolesterinə təsiri mövcuddur, lakin bu təsir çox böyük deyil. Flavanollar əsasən qan təzyiqinə təsir edir. Bununla belə, hər gün südlü şokolad yeyən bir insan onu tünd şokoladla əvəz edərsə, təxminən bir ay ərzində müəyyən müsbət dəyişikliklər müşahidə oluna bilər. Bunun səbəbi tünd şokoladın tərkibində doymuş yağların və şəkərin daha az olmasıdır. Məhz bu maddələr xolesterinin yüksəlməsinə səbəb ola bilir.
Kardioloqlar vurğulayırlar ki, doymuş yağların qəbulunun azaldılması LDL xolesterinin aşağı salınması üçün elmi cəhətdən ən yaxşı sübut olunmuş qidalanma strategiyalarından biridir.
Bununla yanaşı, mütəxəssislər tünd şokoladın yüksək kalorili məhsul olduğunu da xatırladırlar. Təxminən 28 qram tünd şokoladda 150-170 kilokalori var. Buna görə də onu həddindən artıq miqdarda qəbul etmək tövsiyə edilmir.
Həkimlər gündə bütöv bir şokolad plitəsi yemək əvəzinə, axşam yeməyindən sonra kiçik bir parça tünd şokolad qəbul etməyin həm dad ehtiyacını ödəyə, həm də sağlamlıq baxımından daha məqsədəuyğun seçim ola biləcəyini bildirirlər.//Lent.az
Xidmetler [newsid: 0-123300]

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
Əfsanəvi ispan 40 yaşında futbola qayıtdı
"Sabah" - Borussiya Dortmund" oyununun biletləri satışa çıxarıldı
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Atilla Taşın qızı 14-cü mərtəbədən yıxılaraq öldü
Azərbaycanda bəzi kolleclər ləğv oluna bilər