Azərbaycanda qonşular arasında dəhşətli dava: 'Pəncərəmi döyüb arvadımla

Azərbaycanda qonşular arasında dəhşətli dava: 'Pəncərəmi döyüb arvadımlaBakının Suraxanı rayonunda 1993-cü il təvəllüdlü Elbəy 1978-ci il təvəllüdlü qonşusu Əhmədi (adlar şərti verilib – red.) qətlə yetirib.
Hadisə ötən il oktyabrın 29-da baş verib. Elbəy həmin gün Əhmədi yaşadığı evin yaxınlığında mübahisə zamanı bıçaqlayaraq öldürüb.
İstintaq orqanı tərəfindən Elbəyin barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələri ilə ittiham elan edilib.
Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Siyavuş Hacıyevin sədrliyi ilə araşdırılıb.
"Ara-sıra görüşmüşəm"
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Elbəy özünü təqsirli bilməyib. O bildirib ki, 2019-cu ilin əvvəllərində Ləmanla nişanlanıb: "12 iyul 2020-ci ildə rəsmi nikaha daxil olduq. Ləmanı sevib ailə həyatı qurmamışam. Qohumlarımın təklifi ilə evlənmişik.
Ləmanla nişanlanmamışdan 6 il əvvəl Səmayə ilə tanış olub, sevgili münasibətində olmuşam. Onunla ər-arvad münasibətində yaşamışıq. Səmayə əvvəllər Sərvan adlı şəxslə evli olub, həmin nikahdan bir oğlu doğulub, 2014-cü ildən ayrı yaşamağa başlayıblar. Mən isə Səmayə ilə təxminən 2015-ci ildə tanış olmuşam.
Səmayə Sərvandan ayrı yaşasa da, rəsmi olaraq təzəlikcə boşanıb. Ləman özü də mənim Səmaylə ilə sevgili olduğumu bilib və bunu qəbul edib. Səmayə ilə münasibətimi kəsməmişəm, ara-sıra görüşmüşük".
"Qızımın olduğunu bilməyib"
Təqsirləndirilən şəxsin sözlərinə Səmayə ilə ər-arvad münasibətlərindən 2021-ci ildə qızı anadan olub: "Rəsmi nikahımız olmadığı, həmçinin onun rəsmən boşanmadığı üçün uşağın doğum haqqında şəhadətnaməsində ata adı qrafasına Sərvanın adı yazılıb. Ləman mənim Səmayə ilə münasibətimi bilsə də, qızımın olduğunu bilməyib".
Elbəy qeyd edib ki, Ləman 2021-ci ilin mayın sonlarında onun Səmayə ilə münasibətindən qızının olduğunu bilib: "Bundan sonra Ləman atası evinə getdi, biz avqustun 20-də rəsmi olaraq boşandıq. 2021-ci ilin mayından tək yaşamışam. Bu vaxt ərzində Səmayə ilə münasibətim hələ də qalıb. Buna görə mən və Səmayə birlikdə yaşamağa başladıq".
"Qızı ilə görüşdüyümü iddia edib"
Elbəy deyib ki, iyulun 17-də Səmayə ilə birlikdə onun evində yaşamağa başlayıb: "Ləman mənimlə üzbəüz qonşuluqda yaşayan Əhmədin əmisi oğlu Rəhmin qızıdır.
2021-ci ilin avqustında Ləmanla boşandıqdan sonra üzbəüz qonşumuz Əhmədin atası İslam mənimlə ədavət aparmağa başladı. Mənimlə birlikdə "Suraxanı Oil" şirkətiondə işləyən İslamın qızı Bahar ərindən boşanıb və atası evində yaşayırdı. İslam mənə qızı Baharla görüşdüyümü iddia edirdi. Məni hər görəndə "oğraşsan, adam məhlədə haramçüq etməz" kimi sözlər deyirdi".
"Pəncərəmi döydüyünü dedi"
Təqsirləndirilən şəxsin sözlərinə görə, Əhmədin özü də onu Ləmanı boşayıb, Səmayə ilə ailə qurmasına görə qınağa çəkib: "Əhməd Ləmanı nəzərdə tutaraq "gül kimi qızı boşadın, yanı balalı aldın" tipli sözlər deyərək məni alçaldırdı. Bu minvalda söz-söhbət olsa da, aramızda dava-dalaş olmayıb.
Hadisədən təxminən iki həftə əvvəl Əhməd mənimlə əlaqə saxlayaraq harada olduğumu soruşdu. Mən də ona axşam işdə olacağımı dedim. Axşam saat 21-22 radələrində Səmayə zəng edərək Əhmədin pəncərəni döydüyünü, mənim evdə olub-olmadığımı soruşduğunu, öz aləmində Səmayə ilə zarafat etməyə başladığını dedi. Bunu eşidəndə işdən çıxaraq evə gəldim. Səmayədən məsələni ətraflı öyrəndikdən sonra Əhmədə zəng etdim. "Məni axtarmısan, nə sözün var denən" – deyə bildirdim.
Əhməd evin pəncərəsinə gələrək məni Səmayədən soruşduğunu təsdiqlədi. Əhməd telefonda mənə "gəldim pəncərədən səni soruşdum, bacı mənə sənin işdə olduğunu dedi, mən isə bacıya dedim ki, hə, yadıma düşdü, mənə işdə olacağını demişdi" sözlərini bilirdi".
Təqsirləndirilən şəxs bildirib ki, bundan sonra Əhmədin onun arvadı Səmayəyə qarşı yaxşı düşüncədə olmadığını başa düşüb: "Bu mövzuda mənim Əhmədlə çox söhbətim olub. Əhməd mənə gah ağıl verib, gah da gələrək pəncərəmi döyüb, məni çağırıb. Əhmədin bu hərəkətləri mənə xoş olmayıb".
"Köçməyi fikirləşdim"
Elbəy qeyd edib ki, oktyabrın 29-da Əhməd yenidən ona həmişəki kimi Səmayənin əvvəlki evliliyindən olan övladı barədə təkrar soruşmağa başlayıb:
"Əhmədin bu sözləri məni alçaltmaq üçün soruşduğunu hiss etdim. Yenə də mənə "nahaq yerə Ləmanı boşadın, yanı uşaqlı aldın" tipli sözlər dedi. Ona sakit halda "sən yaşadığın həyatdı da, mənim başıma gəlib" - deyə cavab verdim.
Əhmədin özü əvvəllər 6-7 ay evli olub, sonra boşanıb, Səlimə ilə ailə həyatlı qurub. Sonra Səlimdən də boşanıb. Bu misalı Əhmədə çəkdim, bir də mənimlə belə danışmaması üçün dedim. Bir neçə il pisixoloji müalicə almışam, həssas adam olmuşam.
Əhmədin həmin gün dediklərini axşama qədər beynimdə özü-özümə düşünməyə başladım. Əhmədə görə köçərək getməyi fikirləşdim. Müxtəlif düşüncələrdə oldum, əsəbilərimi cilovlaya bilmədim".
"Söyməyimi eşitdiyini düşünmüşəm"
Elbəyin ifadəsinə görə, Əhmədlə günorta söhbət etdikdən sonra evə gəlib: "Saat 15-16 radələrində evdə bir rumka araq içdim, sonra həyətə düşdüm. Fasilə ilə tərkibində spirt olan 3 ədəd "GO" energetik içki alaraq içdim. Mənim "GO" içməkdə, tez-tez həyətə düşərək evə gəlməkdə məqsədim əsəbilərimi cilovlaya bilmədiyim üçün özümü sakitləşdirməyə çalışmağım olub. Lakin sakitləşə bilməmiəm. Əksinə beynimdə "çıxım məhəlləyə, Əhmədi alçaldacaq söz deyim" fikirlərini düşündüm.
Saat 23 radələrində axırıncı "GO" içkisini içdim. Həyətdə, evimizin qarşısında Əhmədin atası İslamı gördüm. Mənə əvvəllər qızına görə dediyi sözlər yadıma düşdü. Ona "sən mənə oğraş deyirsən, amma murdarlığı, oğraşdığı sənin oğlun Əhməd məhəllədə edir" sözlərini dedim. Əsəbiləşdiyim üçün İslamın ünvanına nalayiq söyüşlər söydüm. Sonra evə girdim.
İslamın mənə cavab olaraq nə dediyini xatırlamıram. Onu yüksək səslə söymüşəm və Əhmədin eşitməsini istəmişəm. Söyüşlərimi Baharın və Əhmədin eşitdiyini düşünmüşəm".
Elbəyin sözlərinə görə, evə daxil olduqda qapını arxadan bağlamayıb: "Səmayədən Əhmədin yenə pəncərəyə gəlib-gəlmədiyini soruşdum, gəlmədiyini dedi. Həmin vaxt Əhməd qapını açaraq içəri daxil oldu. Mən mətbəxin qabyuyulan yerində idim. Onu görən kimi gözümə mətbəxdə istifadə edilən bıçaq sataşdı. Bıçağı götürüb Əhmədə doğru getdim. O məni itələdi və soruşdu ki, nə olub, niyə söyüş söyürsən? Həyətdən İslam və qızı Baharın səsi gəlirdi. Onların da üstümə gəldiklərini bildim. Onsuz da günortadan bəri əsəbilərimi cilovlaya bilmirdim. Həmin vaxt bir növ gözümü qan bürüdü.
Bıçaqla Əhmədin qarın nahiyəsinə iki zərbə vurdum. Bu vaxt İslam qapıdan içəri girdi. Mən kənarlaşmaq üçün mətbəxin qarşı tərəfinə ayaqyolunun sağ divarına söykəndim. İslam stolun üzərindəki boşqabı götürüb mənə tərəf atdı, xəsarət aldım. Bahar da içəri daxil olaraq mənə hücum etdi. Amma əlimdə bıçaq görəndə qorxaraq kənarlaşdı.
İslamla Bahar hər ikisi birlikdə Əhmədi köməkli həkimə apardı. Qapıları bağladım, bıçağı qonaq otağında stolun üzərinə qoydum. Səmayə ilə uşağı təcili olaraq evdən götürdük, anamın xalası qızı Sahibəgilə apardım. Bundan sonra polislər mənimlə danışdı. Özüm könüllü olaraq Yeni Suraxanının dairəsində polislərə təslim oldum".
Elbəy 17 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
(Teleqraf.com)

Sosial     Baxılıb: 287   Tarix: 05 avqust 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Mənzurə Musayevanın qardaşı işdən çıxarıldı

Sumqayıt şəhər 1 nömrəli xəstəxananın baş həkimi Mətləb Musayev tutduğu vəzifədən azad edilib. report-a istinadən verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Hazırda baş həkim vəzifəsinə yeni təyinat yoxdur. Qeyd edə

Küləklə bağlı - Xəbərdarlıq

Yanvarın 9-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi rayonlarda gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib

Şuşadakı bu Kompleks müqavilə əsasında idarəetməyə verildi - Sərəncam

Şuşa Otel-Konqres Mərkəzi Kompleksi müqavilə əsasında idarəetməyə verilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Şuşa şəhərində yerləşən və İqtisadiyyat Nazirliyinin balansınd

Şəkidə evin qəsdən yandırıldığı iddia edilir

Şəkinin Baş Göynük kəndində yanğın hadisəsi qeydə alınıb. "Unikal"a istinadən xəbər verir ki, kənd sakini Fazil Əhmədova məxsus, ümumi sahəsi 190 kvadratmetr olan 4 otaqdan ibarət yaşayış evində yanğınla bağlı məluma

Bakıda yaşayış binasında yanğın - yaralı var

Bakının Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi, 66B ünvanında yerləşən yaşayış binasında yanğın başlayıb. xəbər verir ki, əraziyə FHN-in Yanğından Mühafizə Xidmətinin əməkdaşları, polis və təcili tibbi yardı

Rafael Məmmədova yüksək vəzifə verildi - FOTO

Dövlət Məşğulluq Agentliyinin Abşeron-Xızı regional filialına yeni rəhbər təyin edilib. xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Əmrə əsasən, bu vəzifəyə Məmmədov Rafael Zakir oğlu gətirilib. Qeyd edək ki, Rafae

Gəncədə tələbə dərs vaxtı öldü

Gəncədə tələbə dərs vaxtı qəfil vəfat edib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Gəncə şəhərində yerləşən Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində qeydə alınıb. Birinci kurs tələbəs

Həmin şəxslər bu ölkələrə vizasız gedə biləcək

"Azərbaycan Respublikası Hökuməti ilə Uqanda Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş" təsdiq edilib. xəbər verir ki, bununla bağl

Yaşa görə pensiya 629 manat olacaq - Nazir artımları AÇIQLADI

2026-cı ildə orta aylıq pensiyanın 590 manata, yaşa görə orta aylıq pensiyanın isə 629 manata yüksəlməsi gözlənilir. . xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev deyib. . Nazir bildirib ki


yeni xeberler azerbaycan xeberleri son xeberler oxu.az xeberler cəbhədən son xeber son xeberler bugun apa.az xeberler