Azərbaycanda Sığorta Məlumat Mərkəzi necə yaradılacaq?

Azərbaycanda Sığorta Məlumat Mərkəzi necə yaradılacaq?"Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyi Sığorta Məlumat Mərkəzinin yaradılması ilə bağlı Azərbaycan Mərkəzi Bankının (AMB) dəstəyi və bilavasitə nəzarəti ilə addımlar atır.
KONKRET.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Assosiasiyadan bildirilib.
Məlumata görə, bu istiqamətdə Türkiyə təcrübəsi əsas götürülüb: "Azərbaycanın sığorta sektorunun peşəkar iştirakçıları ilə Türkiyənin "Sigorta Bilgi ve Gözetim Merkezi"nin (SBM) nümayəndə heyəti arasında artıq bir neçə məhsuldar görüş keçirilib. Proses hazırda müzakirə və fikir mübadiləsi mərhələsindədir. Müvafiq məsələ üzrə müzakirənin başlıca predmeti bu istiqamətdə Türkiyə təcrübəsinin Azərbaycanda tətbiqi imkanları ilə bağlıdır. Bu proses zaman və gərgin əmək tələb edən bir prosesdir. Çünki burada sığorta növləri üzrə aidiyyəti dövlət qurumlarının məlumat bazalarının inteqrasiyası, vahid məlumat bazasının dayanıqlı sistem texnologiyası üzərində formalaşdırılması, informasiyalara çıxış imkanlarının və şərtlərinin düzənlənməsi kimi vacib istiqamətlərdən söhbət gedir".
ASA hesab edir ki, ölkəmizdə Sığorta Məlumat Mərkəzinin qurulması sektor üçün böyük üstünlüklər və yeni imkanlar qazandıracaq.
AMB-dən isə "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Sığorta Məlumat Mərkəzinin yaradılması ilə bağlı Türkiyədə fəaliyyət göstərən "Sigorta Bilgi Merkezi" ilə məsləhətləşmələr aparılır: "Bu sahədə qardaş Türkiyənin, eləcə də digər ölkələrin təcrübələri öyrənilir. Bu istiqamətdə müəyyən qərarlar qəbul edildiyi təqdirdə ictimaiyyətə əlavə məlumat veriləcək".
Xatırladaq ki, bu il oktyabrın 17-də Türkiyə Sığorta İnstitutu Vəqfinin sədri Mehmet Kalkavan "Report"a bildirib ki, Azərbaycanda Türkiyənin dəstəyi ilə Sığorta Məlumat Mərkəzi yaradıla bilər.
"Azərbaycanın sığorta bazarı Türkiyənin sığorta bazarı ilə sıx bağlıdır və sürətlə inkişaf edir. Türkiyədəki Sığorta Məlumat Mərkəzindən Azərbaycanda da yaratmaq, bu sahədə təcrübəmizi ölkənizə gətirmək istəyirik. Çünki iki qardaş ölkənin sığorta bazarı oxşardır", – deyə o qeyd edib.

Sosial       Tarix: 27 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx


son xeberler azerbaycan xeberleri yeni xeberler xeber.az bu gune olan xeberler son xeberler az son xəbərlər