Azərbaycanda siyasətçi vəfat etdi

Azərbaycanda siyasətçi vəfat etdiVətəndaş Həmrəyliyi Partiyası (VHP) Ali Məclisinin sədri Felmar Ələkbərli 75 yaşında vəfat edib.
azxeber.com Teleqraf-a istinadla xəbər verir ki, bunu VHP sədri Sabir Rüstəmxanlı bildirib.
"Siyasi həyatımızda öz yeri olan, Azərbaycan sənayesinin inkişafı yolunda mühüm xidmətlər göstərmiş əziz dostumuz, gözəl insan Felmar Ələkbərli bu gün haqqa qovuşdu. Ailə üzvlərinə, dostlarına, yaxınlarına dərin hüznlə başsağlığı verirəm", - S.Rüstəmxanlı qeyd edib.
Qeyd edək ki, Ələkbərli Felmar Əli oğlu 10 fevral 1950-ci ildə Ağdam rayonunun Rzalar kəndində anadan olub.
1967-ci ildə Ağdam rayonu, Mahrızlı kənd orta məktəbini və 1972-ci ildə Neft və Kimya İnstitutunun kimya texnologiya fakultəsinin "kimyaçı mühəndis" ixtisasını bitirib.
1968-ci ilin may ayından 1970-ci il avqustun 13-nə qədər Bakı Süd Kombinatında fəhlə işləyib. 1970-ci ildən Bakı Şin Zavodunda fəhlə, usta, növbə rəisi, sahə rəisi, sexin texniki rəhbəri və sair vəzifələrdə calışıb .
1987-ci ilin aprelindən 1989-cu il noyabrın 16-na qədər keçmiş SSRİ-in Lövlət Standartları Komitəsində Bakı Şin Zavoduna nəzarət edən nümayəndə heyətinin üzvü olub.
1989-cu il noyabrin 16-dan, SSRİ Kimya və Neftayirma Sənayesi nazirinin əmri ilə Bakı Şin Zavodunun direktoru təyin edilib. 1994-cü ildə işdən azad edilib.
Milli Məclisə keçirilən seçkilərdə 2010-cu ildə 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsindən və 2015-ci ildə isə 19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd olub.
1997-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının Nərimanov rayon təşkilatının üzvü olub.
2000-2007-ci illərdə partiya Ali Məclisinin üzvü olub. 2007-2021-ci illərdə VHP Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədr olub. 2021-ci il 14 fevral tarixində VHP Ali Məclisinin sədri və partiya Siyasi Şurasına üzv seçilib.
Azərbaycanda siyasətçi vəfat etdi

Sosial       Tarix: 03 mart 2025
f Paylaş

Oxşar xəbərlər

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi


azerbaycan xeberleri son xeberler yeni xeberler xeberler bugun xəbərlər.com bugun xeberler son xeber 2026