Azərbaycanda sosial mediada dezinformasiya yayanlar həbs edilə bilərmi? - AÇIQLAMA
Türkiyədə sosial media ilə bağlı yeni qanun qüvvəyə minib. Qanun Türkiyə Böyük Millət Məclisində müzakirəyə çıxarılıb. Qanunda diqqətçəkən bir neçə məqam da var. Belə ki, dezinformasiyaya qarşı mübarizə məqsədi ilə hazırlanan qanun təşviş, qorxu və çaxnaşma yaratmaq məqsədilə çaşdırıcı məlumat yayanlara 1 ildən 3 ilə qədər həbs cəzası verir. Şəxsiyyətini gizlətməklə və ya təşkilat çərçivəsində cinayət törədilibsə, cəza onun yarısı qədər də artırılacaq.
Məlumdur ki, müəyyən vaxtlarda sosial şəbəklərin Azərbaycan sektorunda da dezinformasiyaların yayılması müşahidə olunur. Hətta bu ötən ay "Tiktok" sosial platformasının bağlanmasına da səbəb oldu.
Bəs ölkəmizdə də belə bir qanun qüvvəyə minə bilərmi? Bizdə də dezinformasiya yayan şəxslər həbs cəzası ala bilərmi?
Milli Məclisin deputatı Rüfət Quliyev azxeber.com-a açıqlamasında məsələ ilə bağlı fikirlərini bildirib. O, qeyd edib ki, belə məsələlərdə baxmaq lazımdır ki, dezinformasiyadan nə qədər ziyan gəlirsə, ona uyğun qərar verilməlidir:
"İstənilən dezinformasiya insanın şəxsiyyətinə, ailəsinə təsir edə bilər. Dezinformasiya insanın həyatında, səhhətində problemlərə gətirib çıxara bilər. Baxın, son vaxtlar hərbi məsələlərlə əlaqədar sosial şəbəkələrdə dezinformasiyalar var, şəkillər, videolar yayırlar. Bunları məhdudlaşdırmaq lazımdır. İndi buna 3 il və ya bir il cəza vermək, yaxud bundan da bir az yumşaq olmaq, onu deyə bilmərəm. Amma hər bir dezinformasiyanın qədəri söhbəti var. Ondan gələn ziyan dövlət maraqlarına dəyə bilər, təhlükəsizlik maraqlarına dəyə bilər. Hansısa bir insana, ailəyə, yaxud dövlət qurumuna dəyə bilər. Bunlar ölçülüb-biçilməlidir. Buna fikir vermək lazımdır. Amma mən hesab edirəm ki, bu, düzgün fikirdir".
Deputat həmçinin əlavə edib ki, məhdudiyyət söhbəti olanda insanlar yanlış olaraq düşünürlər ki, sosail mediada aktiv iştirak edə bilməyəcəklər:
"Bu məsələlər qalxanda hamı nədənsə düşünür ki, məhdudiyyət qoyulanda insanlar aktiv formada iştirak edə bilməyəcək. Mən düşünürəm ki, belə deyil. Bu cür olanda da insanlar aktiv formada iştirak edir. Sadəcə olaraq, sən hansısa bir hadisə ilə bağlı rəy bildirə bilərsən, fikir bildirə bilərsən, tövsiyə edə bilərsən. Amma məsələ ki, feyk xəbərlərə gedib çıxanda burada çox asta olmaq lazımdır".
Aydın Nuri
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var