Azərbaycanda süni qiymət artımının qarşısını necə almaq olar?

Azərbaycanda süni qiymət artımının qarşısını necə almaq olar?Bu ilin əvvəlində Baş nazir Əli Əsədovun sədrliyi ilə ölkədə ərzaq təhlükəsizliyi, qiymət artımı və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə bildirilib ki, bazar prinsiplərinə uyğun un və çörəyin hazırkı qiymət səviyyəsindən kənar süni qiymət artımı ilə əlaqədar bütün qabaqlayıcı tədbirlər görülüb.
Həmçinin bununla əlaqədar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən nəzarət tədbirlərinin daha da gücləndirildiyi, respublikanın 68 şəhər və rayonu üzrə unun satışı və çörəyin çəki və qiymətinə gündəlik ciddi monitorinqlərin aparıldığı diqqətə çatdırılıb.
Görülən tədbirlərə baxmayaraq, yenə də süni qiymət artımlarına rast gəlmək olur. Bazarlarda, supermarketlərdə belə süni qiymət artımları, eyni məhsulun müxtəlif qiymətlərə təklfi olunması müşahidə olunur.
Bəs süni qiymət artımlarına, eyni məhsulların müxtəlif qiymətlərə satılmasına nə səbəb olur?
İqtisadçı ekspert Eldəniz Əmirov azxeber.com-a açıqlamasında sözügedən məsələ ilə bağlı fikirlərini bildirib.
O, qeyd edib ki, təchizatda inhisarçı mövqeyə malik təsərrüfat subyekləri qiymətlərin daha yuxarı səviyyədə təyin olunmasına nail ola bilirlər:
"Hazırda qiymət artımlarına əsas səbəb bilirik ki, inflyasiyadır. Amma süni qiymət artımları bu vəziyyəti daha da kəskinləşdirir. İstər idxalda, istər yerli istehsalda, istərsə də təchizatda inhisarçı mövqeyə malik təsərrüfat subyekləri nəticədə qiymətlərin daha yuxarı səviyyədə təyin olunmasına nail ola bilirlər".
Azərbaycanda süni qiymət artımının qarşısını necə almaq olar?Ekspert marketlərdəki qiymət fərqlərindən danışıb. Onun sözlərinə görə, bəzi məhsulların qiyməti, bilavasitə, rəqabət şəraiti ilə formalaşır:
"O ki, qaldı marketlər arasındakı qiymət fərqlərinə, bu, bilavasitə, marketlərin daxili işi hesab edilməlidir, o anlamda ki, dövlət bütün qiymətləri birbaşa tənzimləmir. Qiymətləri tənzimlənən məhsullar da var. Amma digər məhsulların qiyməti, bilavasitə, rəqabət şəraiti ilə formalaşır. Marketlərdə biz, adətən, müşahidə edirik ki, bəzi iri market dediyimiz şəbəkələrdə bir neçə məhsulun qiymətini aşağı edərək əlavə müştəri cəlb etmək, digərlərində isə qiyməti daha yuxarı təyin etmək tendensiyası müşahidə olunur".
Aydın Nuri

Sosial       Tarix: 21 noyabr 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya


son xeberler azerbaycan xeberleri yeni xeberler novruz bayramı en son xeberler bu gun cəbhədən son xəbərlər 2026 azerbaycan son xeber bugun