Azərbaycanda sürücülər türk şirkətinin 100 min manatlıq maşınını oğurladı - TƏFƏRRÜAT

Azərbaycanda sürücülər türk şirkətinin 100 min manatlıq maşınını oğurladı - TƏFƏRRÜATXocəvənddə "Kolin İnşaat Turizm Sanayi ve Ticaret Anonim Şirketi"nin Azərbaycanda nümayəndəliyinin sürücüləri şirkətə məxsus yük avtomobilini oğurlayıblar.
azxeber.com qaynarinfo-ya istinadən xəbər verir ki, "Kolin" şirkəti Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Xocavənd rayonu ərazisindən keçən hissəsində yolun çəkilişi ilə məşğuldur.
Əvvəlcədən əlbir olan bir qrup şəxs yolun çəkilişində istifadə edilən, qiyməti 100 min manatdan artıq olan "Howo" markalı yük maşınını ələ keçiriblər. Məlum olub ki, yük maşınını şirkətin Elnur adlı sürücüsü və onun İsmayıl adlı bacanağı oğurlayıb. Bu işdə onlara "Shachman" markalı yük maşını ilə müxtəlif rayonlardan Şuşa şəhərinə qum və digər tikinti materialları daşıyan "Azərenerji"də sürücü işləmiş Həci adlı şəxs də kömək edib.
2 aprel 2022-ci il tarixdə, saat 06.00 radələrində Həcinin vasitəsi ilə yük maşınının nömrəsini dəyişdirərək Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 63-cü kilometrliyindəki dayanacaqdan qaçırıblar.
Hadisəyə görə şirkətdə çalışan digər sürücülər də istintaqa çalğırılıb və şahid kimi ifadələri alınıb.
Oktyabrın 21-də Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə prosesində 1989-cu ildə Qobustan rayonunun Nabur kəndində anadan olmuş Elnura Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə 5 il 6 ay azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Onun 1981-ci il təvəllüdlü İsmayıl adlı bacanağı Cinayət Məcəlləsinin 62, 66.3 və 185.2.1-ci maddəsi tətbiq edilməklə 3 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
1987-ci ildə Laçın rayonu Minkənd kəndində anadan olmuş Həciyə isə 2 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib.
Hər üç şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkəcək.

Sosial       Tarix: 28 oktyabr 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya


azerbaycan xeberleri son xeberler yeni xeberler xabar az ən son xeberler azerbaycan son xeber bugun cəbhədən son görüntülər