Azərbaycanda Ümrə ziyarətindən qayıdan mühəndis faciəli şəkildə ÖLDÜ
Kəlbəcər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az "Teleqraf"a istinadən xəbər verir ki, hadisə nəticəsində həlak olan 1957-ci il təvəllüdlü Azad Zeynalov bir gün əvvəl Səudiyyə Ərəbistanından Ümrə ziyarətindən qayıdıbmış.
Altı övlad atası olan A.Zeynalov əslən Laçın rayonunun Zağaltı kəndindəndir. Məcburi köçkünlük dövründə Bakının Xəzər rayonunun Binə qəsəbəsində məskunlaşıb.
O, Kəlbəcərdə aparılan tikinti-yenidənqurma işlərində iştirak edən "TVM İnşaat" MMC-də sahə rəisi – mühəndis vəzifəsində çalışırmış. Mərhum Ümrə ziyarətindən qayıtdıqdan sonra Bakıda ailəsi ilə görüşüb və səhər saatlarında "Kia Sorento" markalı şəxsi avtomobili ilə iş yerinə – Kəlbəcərə yola düşüb.
Onun ölümünə səbəb olan qəza rayonun Qılınclı kəndində baş verib. A.Zeynalovun idarə etdiyi avtomobil "Cengiz İnşaat" şirkətində sürücü işləyən, Şəmkir rayonunun Zəyəm qəsəbə sakini 1989-cu il təvəllüdlü Röyal Məmmədovun sükanı arxasında olduğu "Howo" markalı betonqarışdıran maşınla toqquşub. Nəticədə A.Zeynalov aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
O, öz vəsiyyətinə uyğun olaraq, aprelin 24-də Laçının Zağaltı kəndində dəfn olunub.
Qəzada müxtəlif dərəcəli bədən xəsarətləri alan R.Məmmədov isə Gəncə şəhərində xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Azad Zeynalov uzun illər SOCAR-da işləyib. Daha sonra isə Heydər Əliyev Beynəlxalq Hava Limanında çalışıb. Onun həyat yoldaşı 1992-ci ildə faciəvi şəkildə – güllə yarasından dünyasını dəyişib.

Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq
Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi
"Dedi ki, başına oyun açacam" - "Bolt" sürücüsü qadına zorakılıq edib?
Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı
Yaşayış binasında yanğın: sakinlər təxliyə olundu
Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Roma imperiyasının süqutundan müasir Avropaya: Tarix həqiqətən təkrarlanırmı?