Azərbaycanda unun qiyməti bahalaşdı
Son bir ayda Azərbaycanda unun qiyməti bahalaşıb.
azxeber.com Yeniavaz.com-a istinadən xəbər verir ki, topdansatış mərkəzlərində satılan 50 kiloqramlıq un kisəsinin qiymətində 1 manata yaxın artım olub.
Qeyd edək ki, Azərbaycanda unun topdansatışı ilə 23 şirkət və bir fərdi sahibkar məşğul olur. Əksər satış mərkəzlərində qiymət artımı qeydə alınıb.
Ən yükəsk artım Xızı rayonunun Giləzi qəsəbəsində yerləşən fiziki şəxs İsgəndər Mirzəyevə məxsus topdansatış mərkəzində olub. Avqust ayının sonunda burada satılan 50 kiloqramlıq un kisəsinin topdansatış qiyməti 26 manat 10 qəpik olduğu halda, oktyabr ayının əvvəlində 27 manat 25 qəpiyə qaldırılıb.
Bundan başqa "Dəvəçi-Dəyirman" MMC, "Dəvəçi-Taxıl" MMC, "Şəmkir Un-Yem" MMC və "Sünbül 2012" MMC-yə məxsus topdansatış mərkəzlərində 50 kiloqramlıq un kisəsinin qiyməti son bir ayda 1 manat artıb.
001d707e27adb7c81d5d099a4beb1c0fun-cedvel-hazir-png.png (311 KB)
Digər topdansatış mərkəzlərində isə 50 kiloqramlıq un kisəsinin qiyməti 95 qəpik artıb. Yalnız bir neçə mərkəzdə unun qiyməti dəyişməz qalıb.
Məlumat üçün onu da qeyd edək ki, ötən ilin dekabr ayından etibarən unun qiymətində davamlı ucuzlaşma müşahidə olunurdu. Məsələn, ötən ilin dekabr ayında topdansatış mərkəzlərində 50 kiloqramlıq un kisəsinin qiyməti 38-39 manat arasında dəyişib. Təxminən 8 aydan sonra – bu ilin sentyabr ayında un yenidən bahalaşmağa başlayıb.

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
İşxan Saqatelyan: "Paşinyan Rusiya hərbi bazasını türk bazası ilə əvəz edəcək"