Azərbaycanda uşaqlar arasında xəstəlik yayılıb - MÜALİCƏYƏ CAVAB VERMİR?

Azərbaycanda uşaqlar arasında xəstəlik yayılıb - MÜALİCƏYƏ CAVAB VERMİR?Son günlər ölkə ərazisində uşaqlar arasında qızdırma, boğaz ağrısı və səpkilərlə müşahidə olunan xəstəlik yayılıb. Xəstəlik uşaqlar arasında müşahidə olunur və hansı üsulla müalicə olunduğu məlum deyil. Xəstəliyə yoluxan uşaqlarda səpkilərin də olması insanlarda bunun meymunçiçəyi olub-olmaması ilə bağlı şübhələr yaradır.
azxeber.com-a açıqlamasında həkim-pediatr Xəyalə Quliyeva yayılan xəstəliklə bağlı fikirlərini bildirib.
O, qeyd edib ki, yayılan virus yeni deyil və hər il müşahidə olunur:
"Son zamanlar uşaqlar arasında xəstəlik yayılıb. Amma bu yeni deyil, demək olar ki, hər il müşahidə olunur. Sadəcə əvvəllər adları başqa idi, qızılcavari məxmərək də deyirdilər. Amma bunun tibbdə əsl adı "6-cı xəstəlik" və ya "Roseola infantum"dur. Bu bir virus xəstəliyidir. Əsasən 6 aydan 6 yaşadək uşaqlar arasında rast gəlinir. Amma evdə kimdəsə olarsa, o zaman daha körpə uşaqlara və bir qədər böyük, yəni 8-9 yaşlı uşaqlara da keçə bilir. Bu infeksiya böyüklər arasında yayılmır. Bu xəstəlik hava-damcı yolu ilə yayılır. Hər hansı bir insanda olarsa, asqırmaq, öskürməklə ətrafdakı insanlara keçə bilər".
Pediatr onu da xüsusi qeyd edib ki, bu xəstəliyin meymunçiçəyi ilə heç bir əlaqəsi yoxdur:
"Uşaqlarda əsasən yüngül boğaz ağrısı, qızdırma kimi əlamətlərlə özünü göstərir. Qızdırma 3-5 gün davam edir, 39, bəzən 40 dərəcə temperaturadək qalxa bilir. Amma bəzi uşaqlarda da 37-38 arası müşahidə olunur. Təqribən 3-5 gündən sonra qızdırma düşür və daha sonra xırda-xırda səpkilər əmələ gəlir. Bu səpkilər isə 1-3 gün davam edir. Sonra keçib gedir. Bu xəstəlikdə demək olar ki, ağırlaşma müşahidə olunmur. Burada heç bir əlavə antibiotikə, sistemə ehtiyac yoxdur. Yalnız nadir hallarda əgərə hərarət düşməzsə, parastamol tərkibli, sistem şəklində dərmanlardan istifadə etmək olar. Amma bunun nə peyvəndi, nə də xüsusi müalicə üsulu var. Özündən sonra da immunitet yaradır. Xüsusi qeyd edim ki, bunun meymunçiçəyi xəstəliyi ilə heç bir əlaqəsi yoxdur".
Aydın Nuri

Sosial       Tarix: 18 iyun 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri


yeni xeberler son xeberler azerbaycan xeberleri oxu.az xeberler cəbhədən ən son xəbərlər xabar az xeberler azerbaycan