Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
Havaların qızmasına baxmayaraq, son zamanlarda uşaqlar arasında yeni virus yayılıb. Bu virus özünü yüksək hərarət, səpkilərlə biruzə verir. Bəziləri isə bu virusun rozeola xəstəliyi olduğunu iddia edir. Maraqlıdır, görəsən, uşaqlar arasında yayılan bu viruslar hansılardır?
Məsələ ilə bağlı pediatr Elşən Tağıyev Lent.az-a açıqlamasında bildirib ki, hazırda uşaqlar arasında yayılan xəstəlik rozoela yox, "streptokokk A" infeksiyasıdır.
Onun sözlərinə görə, bu virus yüksək temperatur, səpkilər və boğaz ağrısı ilə özünü biruzə verir:
"Demək olar ki, hər gün bir uşağa bu xəstəliyin diaqnozunu qoyuruq. Bu "streptokokk A" infeksiyası özlüyündə təhlükəli infeksiya olmasa da, uzun müddətdən sonra ağırlaşa bilər. Ona görə də bu xəstəliyi vaxtında müalicə etmək lazımdır. Digər tərəfdən hazırda rotavirusların mövsümüdür. Bu virusun əlamətləri yüksək temperatur, ishal və qusmadır. Bu infeksiya azyaşlılar üçün daha təhlükəlidir".

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi