Azərbaycanda vergilərin az ödənilməsinə görə maliyyə sanksiyaları artırılıb
Bu gündən Azərbaycanda vergilərin az ödənilməsinə və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyası artırılıb.
Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilib.
Dəyişikliklərə əsasən, sanksiyanın məbləği sözügedən hallar təqvim ili ərzində ilk dəfə baş verdikdə əmtəəsiz əməliyyatların dəyərinin 10%-i qədər, ikinci dəfə baş verdikdə əmtəəsiz əməliyyatların dəyərinin 20%-i qədər, üçüncü və daha çox dəfə baş verdikdə isə əmtəəsiz əməliyyatların dəyərinin 40%-i qədər olacaq.
Xatırladaq ki, bundan əvvəl maliyyə sanksiyası əmtəəsiz əməliyyatların dəyərinin 6%-i qədər idi.
Qeyd edək ki, bu gündən Azərbaycanda vergi orqanının şikayətə baxması müddəti də 30 gün artırılıb.
Dəyişikliklərə əsasən, vergi ödəyicisinin və yaxud başqa borclu şəxsin vergi orqanının qərarlarından, vergi orqanının vəzifəli şəxsinin hərəkətlərindən şikayətlərinə yuxarı vergi orqanı və ya onun vəzifəli şəxsi tərəfindən həmin şikayət alındığı gündən 30 iş günü müddətində baxılır və şikayət vermiş şəxsə yazılı cavab verilir.
Amma şikayət üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi üçün 30 iş günündən artıq müddət tələb olunduğu hallarda şikayətə baxılması müddəti vergi orqanı tərəfindən bir dəfə 30 iş günü müddətinə uzadılacaq. Müddətin uzadılması barədə şikayət vermiş şəxsə üç iş günü ərzində məlumat verilir. / azxeber.com
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR