Azərbaycanda "WhatsApp" hesabları ələ keçirilir - VƏTƏNDAŞLARA XƏBƏRDARLIQ
Elektron Təhlükəsizlik Xidməti vətəndaşların "WhatsApp" hesablarının ələ keçirilməsi hallarının müşahidə edildiyini bildirib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən azxeber.com-a verilən məlumata görə, xidmətin apardığı ilkin araşdırma nəticəsində məlum olub ki, bu hallar Azərbaycan ərazisində fəaliyyət göstərən mobil operatorların şəbəkəsində mövcud olan hər hansı bir çətinliklə bağlı deyil.
Həmçinin, qurum problemin səbəbinin müəyyənləşdirilməsi məqsədilə "WhatsApp" mobil tətbiqinin inzibatçısı "Meta Platforms, Inc." şirkətinə müraciət edib.
Araşdırma zamanı oxşar halların 80-dən çox ölkədə müşahidə edildiyi aşkarlanıb. Xidmət araşdırmanın nəticələrini beynəlxalq əməkdaşlıq çərçivəsində digər dövlətlərin analoji strukturlarına təqdim edib.
"WhatsApp" mobil tətbiqinin şübhəli istifadəçi hesablarını bloklaması halları da müşahidə olunur. Bloklanmış istifadəçi hesabları "WhatsApp" tərəfindən 24 saat ərzində nəzərdən keçirilir və hər hansı şübhəli hal aşkarlanmadıqda tətbiq edilmiş məhdudiyyət aradan qaldırılır.
Vətəndaşlara "WhatsApp" mobil tətbiqində mövcud hesabların təhlükəsizliyini gücləndirmək üçün ikimərhələli təsdiqləmə funksiyasını aktivləşdirmək tövsiyə edilir. Təlimatla bu linkə keçid edərək tanış olmaq mümkündür.
Həmçinin bu hallarla qarşılaşan şəxslərdən xahiş olunur ki, 1654 qaynar xətti, www.cert.az saytı və ya [email protected] e-poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat versinlər.
Hazırda məsələ ilə əlaqədar səlahiyyətli qurumlarla birlikdə araşdırma davam etdirilir.

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var