Azərbaycanda yüksək vəzifəli şəxsin oğlu balıq tutarkən öldü
Zərdabda baş verən bədbəxt hadisənin bəzi detalları məlum olub.
azxeber.com bizim.media-ya istinadən bildirir ki, hadisə oktyabr ayının 28-də saat 15:00 radələrində rayon ərazisindən keçən Aşağı Şirvan Kollektorunda qeydə alınıb.
Belə ki, rayonun 30 yaşlı sakini Murad Cümşüdov əmisi ilə birlikdə əraziyə balıq tutmaq məqsədilə gəlib. Bu zaman o qayıqla balıq tutarkən halı pisləşib və suya yıxılıb. Əmisi onu sudan çıxarmağa çalışsa da, Muradın həyatını xilas etmək mümkün olmayıb və suda boğularaq ölüb.
Mərhumun digər əmisi Bəhruz Cümşüdov Bizim.Media-nın yerli bürosuna bildirib ki, Murad əmisi ilə balıq tutarkən qəfildən suya yıxılıb:
"Birdən görüblər ki, ondan səs gəlmir gedib görüblər ki, suya düşüb. Ətrafdakılar orda ilk yardım göstərsə də, heç bir faydası olmayıb. Onu hər zaman nəzarətimizdə saxlayırdıq. Epilepsiya xəstəsi idi və adətən xəstəliyi gecələr tuturdu. Türkiyədə xəstəxanada müalicə olunurdu".
Qeyd edək ki, hazırda faktla bağlı Zərdab rayon prokurorluğundan araşdırma aparılır.
11:22
Zərdabda balıqçı faciəvi şəkildə ölüb.
azxeber.com qafqazinfo-ya istinadən xəbər verir ki, rayon sakini Murad Cümşüdlü Zərdab rayonu ərazisində balıq tutarkən bədbəxt hadisə ilə üzləşib.
Belə ki, o, su kanalına yıxılaraq boğulub.
Bildirilir ki, vəfat edən şəxs Tərtər RQİİ-nin Zərdab rayon Qaz idarəsinin Qəza-dispetçer xidmətinin müdiri Sabir Abdullayevin oğludur.
Faktla bağlı araşdırma aparılır.

Bu yazını ürək xəstələri oxusun
Tramp Hörmüz boğazından neft tankerlərinin hərəkətinin bərpa olunduğunu açıqladı
İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi
Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım edildi - Foto
Hikmət Hacıyev Ermənistana necə gedib? - İrəvan AÇIQLADI
İranın Təhlükəsizlik Şurasının iclası keçirilir
Almaniya və Kurasao millilərinin start heyətləri açıqlandı
Tovuzdakı qəzada həyatını itirən qazinin - Fotosu
FHN Ağdamda baş verən yanğınla bağlı məlumat yaydı
Şuşa Bəyannaməsi: Azərbaycan–Türkiyə birliyinin siyasi və strateji təntənəsi
Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi
Ağdamda qeyri-adi hadisə - FOTO
İlham Əliyev: 'Zəngəzur dəhlizi Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək
Dünya bazarında neft ucuzlaşdı
"Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ