Azərbaycandan Rusiyaya keçmək istəyən 5 pakistanlı saxlanıldı
Sentyabr ayının 18-də saat 20:00-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Xudat" sərhəd dəstəsinin Xaçmaz rayonunun Xanoba kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədini pozaraq Azərbaycandan Rusiya stiqamətində keçməyə cəhd edərkən 5 nəfər Pakistan vətəndaşları - 1985-ci il təvəllüdlü Ali Sajjad, 1992-ci il təvəllüdlü Munawar Waseem, 1998-ci il təvəllüdlü Yousaf Subtain, 2002-ci il təvəllüdlü Usman Muhammad və 2005-ci il təvəllüdlü Hassan Ali saxlanılıblar.
Bu barədə azxeber.com-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Saxlanılan şəxslərdən üçünün avqust ayının sonlarında rəsmi qaydada Pakistandan Lahor-Bakı reysi ilə, ikisinin isə sentyabr ayında Birləşmiş Ərəb Əmirliklərindən Dubay-Bakı reysi ilə Azərbaycana gəlmələri müəyyənləşdirilib.
Araşdırma zamanı Pakistan vətəndaşlarının dövlət sərhədini pozaraq Azərbaycandan Rusiyaya keçməklə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olmaları məlum olub.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Formula-1: ikinci sərbəst yürüş başladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü
Ermənistan-Azərbaycan sərhədi ilə bağlı MÜHÜM AÇIQLAMA
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib