"Atəşkəs var" deyən Tramp, "razılaşma yoxdur" deyən Zelenski – Ukraynada nə baş verir?

ABŞ Prezidenti Donald Trampın Ukraynada elan etdiyi "enerji atəşkəsi"ni tərəflər fərqli şəkildə başa düşür.
KONKRET.az xəbər verir ki, bunu ukraynalı ekspertlər açıqlamalarında bildiriblər.
Sentyabrın 14-də Donald Tramp Ukrayna və Rusiyanın bir-birinin enerji obyektlərinə zərbələr endirməmək barədə razılığa gəldiyini açıqlayıb. Lakin elə həmin gün Ukrayna Prezidenti Volodimir Zelenski faktiki olaraq bu məlumatı təkzib edərək, belə bir razılaşmanın olmadığını bildirib.
DW bununla bağlı ukraynalı ekspertlərin fikirlərini öyrənib.
"Strategiya XXI" Qlobal Araşdırmalar Mərkəzinin eksperti Pavel Lakiyçuk bildirib ki, müharibə aparan tərəflər "atəşkəs" anlayışına tamamilə fərqli məna verirlər.
Onun sözlərinə görə, formal olaraq Vladimir Putin, Donald Tramp və Volodimir Zelenskinin hər üçü sülhün tərəfdarı kimi çıxış edir, lakin hər biri sülhü fərqli şəkildə təsəvvür edir.
"Putin Ukraynanın kapitulyasiyası yolu ilə sülhün tərəfdarıdır. Tramp üçün əsas məsələ atəşin dayandırılmasıdır. Bundan sonra Ukraynanın mövcud olub-olmaması onun üçün əhəmiyyət daşımır. Biz isə ədalətli sülhün tərəfdarıyıq. Bu üç mövqe bir-biri ilə heç uyğun gəlmir, əksinə, tamamilə ziddir. Enerji atəşkəsi məsələsində də eyni vəziyyət yaranıb", – Lakiyçuk DW-yə bildirib.
Razumkov Mərkəzinin eksperti Vladimir Omelçenko da vəziyyəti oxşar şəkildə qiymətləndirir.
Onun sözlərinə görə, Rusiyanın mövqeyindən yanaşdıqda atəşkəs Ukraynanın Rusiya enerji obyektlərinə zərbələri dayandırması, Rusiyanın isə Ukraynaya hücumlarını davam etdirməsi deməkdir.
"Tramp administrasiyasından Rusiyanın Ukraynanın mülki obyektlərinə zərbələri dayandırmalı olduğu barədə heç nə eşitməmişik. Bunu bir dəfə də eşitməmişik. Əvəzində daim Ukraynanın zərbələri dayandırmalı olduğu bildirilir", – Omelçenko DW-yə açıqlamasında deyib.
Təhlil və Strategiyalar Mərkəzinin eksperti İqor Çalenko isə məsələnin hərbi aspektinə də diqqət çəkib.
Onun sözlərinə görə, Moskva vilayətinə son hücumdan sonra Rusiyanın öz neft emalı zavodlarını qorumasının getdikcə çətinləşdiyi aydın olub. Buna görə də Moskva Ukraynanın uzaqmənzilli zərbələr endirmək imkanlarını daha da genişləndirməsindən əvvəl ölkənin yanacaq-enerji kompleksinə hücumları dayandırmağa çalışır.
Çalenkonun fikrincə, atəşkəsə maraq hər iki tərəfdə mövcuddur. Moskva neft emalı zavodlarına dəyən zərər səbəbindən, Kiyev isə istilik mövsümünün yaxınlaşması ilə əlaqədar atəşkəsdə maraqlıdır.
Ağagül Mürsəlov,
KONKRET.az

Siyasi       Tarix: 23 sentyabr 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"Azərbaycan Ordusu BMT-nin yerinə yetirilmədiyi qətnamələri icra etdi"- Politoloq

"Antiterror əməliyyatı cəmi bir sutka ərzində reallaşmış olsa da, Azərbaycan tarixinin yüz illiklər boyu yüksək qiymətləndiriləcək parlaq səhifələrindən biridir". Bunu politoloq Elçin Xalidbəyli -a açıqlamasınd

Dövlət Suverenliyi Günü – Azərbaycanın dövlətçilik tarixinin mühüm səhifəsi

20 sentyabr Azərbaycanın yaxın tarixində dövlətçilik baxımından mühüm əhəmiyyət daşıyan günlərdən biridir. Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər il sentyabrın 20-si ölkəmizd

Brüsseldə alkoqol qadağası ilə bağlı YENİ QƏRAR

Belçikanın paytaxtı Brüsseldə ictimai yerlərdə tətbiq olunan alkoqol qadağasının müddəti daha 4 il uzadılıb. xarici mətbuata istinadən xəbər verir ki, Belçikanın rəsmi xəbər agentliyi "Belga"nın məlumatına görə

Ərdoğan sabah ABŞ-yə səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah ABŞ-yə səfər edəcək. xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb. Qeyd olunub ki, Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasını

Ukrayna səfirliyi Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycanı təbrik edib

Ukraynanın Azərbaycandakı səfirliyi 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə təbrik ünvanlayıb. xəbər verir ki, bu barədə diplomatik missiyanın rəsmi "Facebook" səhifəsində müvafiq paylaşım edilib. "Azərbaycan

Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı

Ermənistanın Korrupsiya ilə Mübarizə Məhkəməsi Ermənistanın müxalif "Güclü Ermənistan" partiyasının lideri, tanınmış iş adamı Samvel Karapetyanın ev dustaqlığı müddətini iki ay uzadıb. xarici KİV-ə istinadən xəbə

Qarabağdakı antiterror əməliyyatından 3 il ötür

Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən üç il ötür. xəbər verir ki, lokal xarakterli antiterror tədbirlərindən bir neçə ay əvvəl Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahl

ABŞ ilə İran arasında nə zaman saziş əldə olunacaq? - Tramp açıqladı

ABŞ Prezidenti Donald Tramp noyabr ayında keçiriləcək aralıq seçkisindən sonra İranla sazişin əldə oluna biləcəyini bəyan edib. xəbər verir ki, bu barədə "Kommersant" nəşri məlumat yayıb. O bildirib ki, İran hökumət

Türkiyə-Azərbaycan kimi bir-birinə bu qədər bağlı olan ikinci ölkə tapmaq mümkün deyil

Prezident İlham Əliyev Türkiyə və Azərbaycan kimi bir-birinə bu qədər bağlı olan ikinci ölkəni tapmaq mümkün olmadığını söyləyib. Dövlət başçısı bunu TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeber az cəbhədən son durum bugünki xəbərlər azerbaycanda son xeberler