Azərbaycanəsilli müğənninin Moskva konserti də ləğv edildi
Azərbaycanəsilli müğənninin Moskva konserti də ləğv edildi
Daha çox Jah Khalib kimi məşhur olan azərbaycanəsilli hip-hop ifaçısı, repçi Bəxtiyar Məmmədovun Rusiyanın Moskva şəhərində keçiriləcək konserti də ləğv edilib.
Rusiyada fəaliyyət göstərən sənətçinin "Crocus City Hall"da konserti aprelin 23-də baş tutmalı idi.
Eyni zamanda, aprelin 17-də Rusiyanın Mədəniyyət Nazirliyindən Məmmədovun Ukrayna Silahlı Qüvvələri ilə əlaqəsinin yoxlanılması tələb olunub.
Artıq tamaşaçılara biletlərin pulunu geri qaytarmağa söz veriblər.
Xatırladaq ki, ifaçının Sankt-Peterburq şəhərindəki "M-1 Arena" idman kompleksində aprelin 25-nə planlaşdırılan konserti də ləğv edilib.
Jah Khalibin sosial şəbəkə hesablarında Ukrayna xalqına dəstək olaraq, "İndi mən sizi nəinki sevirəm, həm də sizə heyranam" sözləri rusiyalıların etirazına səbəb olub. Sosial şəbəkə istifadəçiləri Rusiyanın işğalı başlayandan sonra Ukraynaya açıq dəstək verən Jah Khalibin konsertlərini ləğv etməyə çağırıblar.
Mənbə: "Mash" "Telegram" / oxu.az

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Bakıda 21 yaşlı kişi bıçaqlandı
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq
"İflic olacağam və yataqda qalacağam
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Qızıl və gümüş bahalaşdı
Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ
İsrail Prezidenti Bakıya BELƏ GƏLİBMİŞ
Naxçıvanda avtomobil piyadanı vurdu
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var
Göbələk mövsümü: Zəhərlənmə halları ilə bağlı xəbərdarlıq edildi