Azərbaycanı Avroviziyada təmsil edənlər Liverpulda fanatları ilə görüşüblər
Azərbaycanı Avroviziyada təmsil edənlər Liverpulda fanatları ilə görüşüblər
Azərbaycanı bu il Avroviziyada təmsil edən Tural və Turan əkiz qardaşları - TuralTuranX müsabiqənin keçirildiyi Liverpul şəhərində bir sıra görüşlər keçiriblər.
"Report" xəbər verir ki, TuralTuranX Liverpulda Avroviziya fanatları ilə görüşdə həm öz mahnılarını, həm də Azərbaycan dilində mahnı ifa ediblər.
Bundan başqa, təmsilçilərimiz mayın 9-da 1-ci yarımfinalda çıxış etmək üçün səhnə məşqlərini davam etdirirlər.
Xatırladaq ki, onlar 12-ci nömrə altında səhnəyə çıxacaqlar.
Avroviziyanın yeni qaydalarına əsasən, müsabiqədə iştirak etməyən ölkələr də bu il səsverməyə qatıla biləcəklər.
Qeyd edək ki, "Avroviziya 2023" mahnı müsabiqəsi bu il 9-13 may tarixlərində ötən il qalib gəlmiş Ukrayna adından Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək. Ukrayna və Böyük Britaniyanın birgə təşkilatçılığı ilə baş tutan "Avroviziya-2023"də Azərbaycanı "Tell me more" mahnısı ilə Tural və Turan Bağmanov qardaşları təmsil edirlər.
Müsabiqə İctimai Televiziyanın efirində canlı yayımlanacaq. / oxu.az

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Bakıda 21 yaşlı kişi bıçaqlandı
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq
"İflic olacağam və yataqda qalacağam
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Qızıl və gümüş bahalaşdı
Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ
İsrail Prezidenti Bakıya BELƏ GƏLİBMİŞ
Naxçıvanda avtomobil piyadanı vurdu
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var
Göbələk mövsümü: Zəhərlənmə halları ilə bağlı xəbərdarlıq edildi