Azərbaycanı qələbəyə aparan taktika nə idi? - Türkiyəli ekspertlə Qarabağa dair MÜSAHİBƏ

Azərbaycanı qələbəyə aparan taktika nə idi? - Türkiyəli ekspertlə Qarabağa dair MÜSAHİBƏ</p> 
 <p>"Azərbaycan "Dəmir yumruğ"unu bir daha göstərərək, separatçıların kökünü kəsdi".
Bu sözləri Türkiyənin Mehmet Akif Ersoy Universitetinin müəllimi, dosent Esma Özdaşlı KONKRET.az-a müsahibəsində deyib.
Azərbaycanı qələbəyə aparan taktika nə idi? - Türkiyəli ekspertlə Qarabağa dair MÜSAHİBƏ</p> 
 <p>Müsahibəni təqdim edirik:
– Esma xanım, artıq Xankəndi, Xocalı, Xocavənd, Ağdərə və Qarabağın hər yerində şanlı Azərbaycan Bayrağı dalğalanır. Azərbaycanın bu tarixi zəfərini necə dəyərləndirirsiniz?
– 30 illik işğalı 44 gün kimi qısa bir vaxtda bitirən Azərbaycan dünya müharibə tarixinə adını qızıl hərflərlə yazdırdı. Azərbaycanın İkinci Qarabağ zəfərinin sadəcə hərbi uğurla izah etmək mümkün deyil. 30 il ərzində diplomatik cəhətdən aparılan düzgün siyasət və strategiyanın seçilməsi də qələbəni şərtləndirən ən önəmli amillərdən biridir. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədə Ermənistanın Qarabağı işğal etdiyi qeyd edilmişdi. 14 mart 2008-ci ildə BMT Baş Assambleyasında da ermənilərin işğalçı olduğu ifadəsindən istifadə olunmuşdu.
Xüsusilə Prezident İlham Əliyevin apardığı uğurlu siyasətlə beynəlxalq ictimaiyyətə də həqiqətlər çatdırılmışdı. Yəni Ermənistanın Qarabağın işğal edildiyi faktı dünya tərəfindən qəbul olunmuşdu. Hazırda Qarabağın Azərbaycan torpağı olduğunu bütün dünya qəbul edir. Hətta bunu Ermənistanı sonuna qədər dəstəkləyən Fransa Prezidenti Emmanuel Makron da dilə gətirib.
– Əslində təbii olaraq hərbi uğurlar daha çox ön plana çıxır, amma eyni zamanda diplomatik qələbəmizi də xüsusi qeyd etmək lazımdır…
– Azərbaycan Cənubi Qafqazın və dünyanın ən önəmli enerji rezervlərinə sahib ölkələrindən biridir. Üstəlik, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra neftdən qazandığı gəlirin böyük hissəsini hərbi imkanlarını inkişaf etdirmək məqsədilə xərcləyib. Nəticə etibarilə, İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Cənubi Qafqazın ən güclü ordusuna sahib oldu. Düşünürəm ki, Qarabağ zəfərinə gedən proseslərdə həm Azərbaycanın hərbi gücünü inkişaf etdirməsini, həm də çox doğru siyasəti yürütməsini vurğulamaq lazımdır.
Biz bunun nəticəsini İkinci Qarabağ müharibəsi davam edərkən gördük. Ermənistan diplomatik cəhətdən dünyadan kifayət qədər dəstək ala bilmədi. Bunun əsas səbəbi rəsmi Bakının uzun illər apardığı uğurlu siyasətdir. Həqiqətən də 44 günlük müharibə sadəcə hərb meydanında deyil, həm diplomatik sahələrdə, həm də virtual platformalarda aparılmışdı. Azərbaycan bunların hamısından zəfərlə çıxdı. Ermənistan isə diplomatik və siyasi cəhətdən keçmişdəki dəstəyi ala bilmədi. Hətta Azərbaycanın apardığı uğurlu strategiya sayəsində Ermənistan siyasi cəhətdən maksimum şəkildə zəiflədi.
– Sizcə, müharibə dönəmində Qərb ölkələrinin də Ermənistana dəstək verməməsinin əsas səbəbi həqiqətləri dünya ictimaiyyətinə doğru şəkildə çatdırmağımız idimi?
– Müharibə ərzində Ermənistanı ən açıq şəkildə dəstəkləyən yeganə Avropa ölkəsi Fransa idi. Digər Avropa ölkələri isə ya tərəfsiz qaldılar, ya da Azərbaycanın haqlı olduğunu bəyan etdilər. Həmçinin, Azərbaycanın əlini gücləndirən ən önəmli məqamlar beynəlxalq hüquq və tarixi cəhətdən Qarabağın özünə məxsus olması faktı idi. Bunu dünyanın bütün ölkələrinin qəbul etdiyini vurğulamaq lazımdır. Ermənistan daxil olmaqla, dünyadakı heç bir ölkə antiterror əməliyyatı ilə tamamilə ləğv edilən qondarma "Dağlıq Qarabağ Respublikası" adlı qurumu tanımamışdı. Yəni Azərbaycanın beynəlxalq hüquq cəhətdən də haqlı olduğunu hər kəs bilirdi. Ona görə də 44 günlük Vətən müharibəsində Fransadan başqa heç bir ölkə Ermənistana açıq şəkildə dəstək vermədi.
Sadəcə müəyyən Qərb ölkələrinin mediaları ermənipərəst mövqe sərgilədi. Hətta Azərbaycana qarşı qarayaxma kampaniyası aparıldı, dezinformasiyalar yayıldı. Azərbaycan bütün Qərb mediasının Ermənistanı dəstəkləməsinə rəğmən, bu tarixi uğura nail oldu. Yəni Azərbaycan hərb meydanı ilə yanaşı, diplomatik cəhətdən də qələbə qazandı.
– Ermənistan 44 günlük Vətən müharibəsindən sonra 3 il ərzində danışıqlarla vaxt qazanmağa və Qarabağdakı separatçı qurumu qorumağa çalışdı. Lakin 24 saatdan az bir vaxta Azərbaycan Ordusu Qarabağı tamamilə separatçılardan təmizlədi…
– İkinci Qarabağ müharibəsi 10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan üçtərəfli Bəyanatla başa çatdı. İndiyədək Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmamasının əsas səbəbi rəsmi İrəvanın bunu əngəlləyən strategiyasıdır. Ermənistan Qarabağdakı separatçılara status verilməsini tələb edirdi. Həmçinin, sülh müqaviləsini imzalamaqdan boyun qaçıraraq, bölgədəki separatçıların mövcudluğunu qoruya biləcəyini düşünürdü. Amma Azərbaycanın 19-20 sentyabrdakı 23 saat 43 dəqiqəlik lokal antiterror əməliyyatı onların bu xəyalının da üstündən xətt çəkdi.
Üstəlik, ermənilər Qarabağda 1 milyondan çox mina basdırmışdı. Hətta buna görə müharibədən sonra belə 300-dən Azərbaycan vətəndaşı həlak olub. Onların arasında mülki şəxslərin olduğunu da qeyd etmək lazımdır. Həmçinin, minaya düşərək ağır yaralanan çox sayda insan da var. Əslində minaların basdırılması beynəlxalq hüquqa görə cinayətdir. Ermənilər buna rəğmən, Qarabağı "mina tarlası"na çevirdilər. Xüsusilə, Ağdam və Füzulinin çox ciddi şəkildə minalandığını gördük. Elə antiterror əməliyyatı da minalara görə başladı. Azərbaycan çox sayda şəhid verdiyi üçün artıq son nöqtəni qoymaq istədi.
Çünki Qarabağdakı separatçı rejim üçtərəfli Bəyanatdan sonra da Azərbaycana qarşı təxribatlarına davam edirdi. Azərbaycan separatçıların təxribatların qarşısını almaq, onların silah-sursatla təminatını dayandırmaq üçün cari ilin mart ayında Laçında sərhəd-buraxılış məntəqəsi də qurdu. Sonda isə uğurlu antiterror əməliyyatı ilə proseslər başa çatdı. Azərbaycan "Dəmir yumruğ"unu bir daha göstərərək, separatçıların kökünü kəsdi.
– Hazırda Türkiyə ilə Ermənistan arasında da münasibətlərin normallaşması ilə bağlı proseslər gedir. Mövcud vəziyyətdə bunu necə qiymətləndirirsiniz?
– Türkiyə İkinci Qarabağ müharibəsindən sonra Ermənistanla münasibətlərini normallaşdırmaq proseslərini yenidən başlatdı. Əlbəttə ki, bu, 2009-cu ildəki proseslərdən fərqlənir. Artıq Azərbaycan da bu proseslərin mərkəzindədir. Əslində doğru olan bu idi. Çünki Ermənistanın işğalçılıq siyasəti sadəcə Azərbaycana qarşı deyil. Bu ölkənin Türkiyəyə də ərazi iddiaları var. Hətta Ermənistan Türkiyə ilə sərhədlərini müəyyən edən 1921-ci ildə imzalanan Moskva və Qars müqavilələrini rəsmi şəkildə tanımır. Həmçinin, Ermənistan gerbində Ağrı dağından simvol kimi istifadə olunub.
Uzun illər Ermənistanı idarə edən "Qarabağ klanı"nın Türkiyəyə qarşı ərazi iddia edən bir çox bəyanatları da olub. Hətta ermənilərin Gürcüstandan da ərazi iddiaları var. Təbii ki, sahib olduqları gücə baxanda bu tələblər olduqca gülünc səslənir.
Ümumiyyətlə, Ermənistan bu gün İrandan başqa bütün qonşularından torpaq tələb edən işğalçı dövlətdir. Ona görə də Türkiyə ilə Ermənistan arasındakı normallaşma prosesində Azərbaycanın iştirakının çox doğru olduğunu düşünürəm. Həmçinin, Ermənistanla Azərbaycan arasındakı sülh proseslərində Türkiyə ən önəmli aktorlardan biri olacaq. Rəsmi Ankara bölgədə sülhün əldə olunması üçün son illərdə təqdirəlayiq addımlar atıb. Məsələn, Rusiya və Ukrayna ilə eyni anda görüşə bilən yeganə NATO ölkəsi Türkiyədir.
– Əslində hazırda hər cəhətdən çökmüş vəziyyətdə olan Ermənistan üçün Azərbaycanla yanaşı, Türkiyə ilə də münasibətlərini normallaşdırmaq lazımdır. Rəsmi İrəvan öz gələcəyi naminə bunda maraqlı olmalıdır. Elə deyilmi?
– Bəli, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması Ankaradan çox İrəvanın xeyrinədir. Çünki Ermənistan əhalisi davamlı şəkildə azalır və iqtisadi cəhətdən çökür. Hazırda da ölkəni ayaqda saxlayan yeganə güc xaricdəki ermənilərin və diasporların göndərdiyi pullardır.
Ümumiyyətlə, Ermənistan iqtisadiyyatının güclü olduğunu söyləmək mümkün deyil. Dənizə çıxışı olmayan, rezervləri yetərsiz bir ölkədir. Onu da nəzərə almaq lazımdır ki, Ermənistanla Qərblə arasındakı əlaqələri quracaq ən qısa yol da məhz Türkiyədən keçir. Bütün bunlara görə Türkiyə ilə münasibətləri düzəltmək iqtisadi cəhətdən ən çox Ermənistana fayda verəcək.
Elmir Kamal,
KONKRET.az

Siyasi       Tarix: 19 oktyabr 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident konfrans iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb. xəbər verir ki, müraciət mətnini Azərbaycan Respublikası Prezidentini

ABŞ-İran gərginliyi Üçüncü Dünya Müharibəsinə çevriləcək? - Elə ssenari qurulub ki

ABŞ və İran arasında son dövrlər müşahidə olunan hərbi-siyasi gərginlik yenidən beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Tərəflər arasında atəşkəsin vaxtaşırı pozulması və qarşılıqlı ittihamlar "bu qarşıdurm

Paşinyan Ukraynanın bərpasına... "Kiyev" körpüsündən başladı - FOTOLAR

24–25 iyun tarixlərində Polşanın Qdansk şəhərində keçirilən Ukraynanın Bərpası Forumunda iştirak edən Ermənistanın Rusiyanın təcavüzündən əziyyət çəkən ölkə ilə bağlı hansı addımlar atacağı suallar doğururdu. Üstəlik, Azərbayca

Prezident İlham Əliyev Anlaşma Memorandumunu təsdiqlədi

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Esvatini Krallığının İnformasiya, Kommunikasiyalar və Texnologiya Nazirliyi arasında dövlət xidmətlərini

İran ABŞ ilə danışıqlar barədə məlumatları təkzib etdi

İran Xarici İşlər Nazirliyi ABŞ nümayəndələri ilə Qətərin paytaxtı Dohada yaxın günlərdə hər hansı danışıqların keçiriləcəyi barədə yayılan məlumatları rəsmən təkzib edib. Nazirliyin rəsmi nümayəndəsi İsmayıl Baqai bildiri

Rusiyadan İrəvan və Bakıya "mesaj": Nikol tələsməlidir

Rusiyanın Cənubi Qafqaz siyasəti barədə adətən bu ölkənin xarici işlər nazirinin müavini Mixail Qaluzin danışır. O, bu dəfə də Ermənistan və Azərbaycanla bağlı açıqlamalar verib. Azərbaycanla bağlı deyib ki, Moskva və Bak

Hikmət Hacıyev Kevin Hamiltonla görüşdü

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamilton ilə görüşüb

İrandan daha bir Hörmüz açıqlaması

Hörmüz boğazından təhlükəsiz keçid qeyri-müəyyən planlar, alternativ marşrutlar və ya sahilyanı dövlət kimi İranın fikirləri nəzərə alınmadan qəbul edilən qərarlar vasitəsilə təmin oluna bilməz. KONKRET.azxəbər verir ki

Qoşunlar üz-üzə: vəziyyət gərginləşir – Fəlakət ssenarisi təkrarlana bilər

ABŞ və İran arasında davam edən gərginlik son hadisələr fonunda yeni mərhələyə qədəm qoyub. Tərəflər arasında açıq müharibə olmasa da, tam sülhdən də danışmaq mümkün deyil. Diplomatik bəyanatlar, qarşılıqlı təhdidlər və regiond


azerbaycan xeberleri son xeberler yeni xeberler ən son xəbər krimnal bugun cəbhədən ən son xəbərlər xeber.az