AZAL bəzi istiqamətlər üzrə uçuşların sayını artırır

AZAL bəzi istiqamətlər üzrə uçuşların sayını artırırSərnişin axınının artması ilə əlaqədar Azərbaycanın milli aviadaşıyıcısı AZAL iyun ayı ərzində bəzi daxili və beynəlxalq istiqamətlər üzrə uçuşların tezliyini artırır.
Bu barədə azxeber.com-a AZAL-dan bildirilib.
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə artan sərnişin tələbatını nəzərə alaraq artıq əlavə reyslər planlaşdırılıb. İyun ayında bayram günləri ilə əlaqədar uzunmüddətli istirahət dövründə bu marşrut üzrə uçuşların sayı daha da artırılacaq: bəzi günlərdə reyslərin sayı 12-yə çatacaq. Tələbatın artacağı halda əlavə reyslərin təyin olunması da mümkündür. Ümumilikdə, iyun ayı ərzində Naxçıvan istiqamətində müntəzəm və əlavə reyslər daxil olmaqla 430-dan çox uçuşun yerinə yetirilməsi nəzərdə tutulur.
Bakı-İstanbul-Bakı marşrutu üzrə əlavə reyslər 26 və 29 iyunda yerinə yetiriləcək ki, bu da həmin günlərdə uçuşların sayını gündəlik 3-ə çatdıracaq.
Bundan əlavə, AZAL 2 iyuldan etibarən Mərkəzi Asiya ölkələrinə uçuş proqramını genişləndirir. Daşkənd istiqamətinə əlavə reyslər çərşənbə axşamları, Almatıya çərşənbə günləri, Astanaya isə cümə axşamları yerinə yetiriləcək. Hər bir istiqamət üzrə həftədə 6 reys planlaşdırılıb.
AZAL sərnişinlərə səfərlərini əvvəlcədən planlaşdırmağı tövsiyə edib. Uçuş cədvəli ilə tanış olmaq və aviabiletləri əldə etmək üçün www.azal.az rəsmi saytına, aviaşirkətin mobil tətbiqinə və akkreditə olunmuş agentliklərə müraciət etmək olar.

Sosial       Tarix: 15 iyun 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Valyuta məzənnələri AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. KONKRET.azxəbər verir ki, iyunun 8-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,700 manat, Türkiyə lirəsi 0,0369 manat təşkil edib. Öz növbəsində, Avro 1,960

Bu məktəblərdə I sinfə qəbul başlayır

Uşaqların I sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrinə sərbəst qəbul başlayır. xəbər verir ki, 5 iyun 2026-cı il saat 11:00-dan uşaqların I sinfə elektron qəbulu prosesind

Vətəndaş kol-kosu təmizləməyə çalışanda müxtəlif cərimələrlə üzləşir' - Deputat

"Gəlin etiraf edək ki, şəhər mərkəzlərində, qəsəbələrdə və rayon mərkəzlərində də çay yataqları, arxlar və kanallar mövcuddur. Həmin ərazilərdə kol-kosların təmizlənməsi həqiqətən də ciddi problemə çevrilir. Vətəndaşla

Əlavə məzuniyyətlər kimlərə verilir?

Əmək Məcəlləsinə əsasən, bir sıra kateqoriyalara aid işçilərə əsas məzuniyyətdən başqa, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri, əmək stajı, habelə ailə vəziyyəti nəzərə alınmaqla əlavə məzuniyyət də verilir. xəbə

Azərbaycanlı hacıların dönüş cədvəli açıqlanıb

Həcc ziyarətinin son mərhələsi çərçivəsində iyunun 3-ü, 4-ü və 6-da hər biri 360 nəfərdən ibarət zəvvar qrupları Məkkədən Mədinəyə yola düşəcək.  xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələ

Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT

Bakının Xətai rayonunda 34 yaşlı kişi yetkinlik yaşına çatmayan qıza təcavüz etməkdə ittiham edilib. Hadisə ötən il oktyabrın 17-də rayonun M.Hadi küçəsində baş verib. Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü İsmayıl saa

Yeni həftədə bürcləri nələr gözləyir? – Həftəlik astroloji proqnoz

Yeni həftə bir çox bürclər üçün dəyişikliklər, yeni imkanlar və mühüm qərarlarla yadda qala bilər. . xəbər verir ki, astroloqların proqnozlarına görə, bəzi bürclər iş həyatında uğur qazanacaq, digərləri isə şəxsi münasibətlərd

Polisdən avtomobilin üzərinə uzanan qadınla bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi bu gün, paytaxtın "Azadlıq" metrosu yaxınlığında bir qadının hərəkətdə olan avtomobilin üzərinə uzandığı anlar lentə alınıb. xəbər verir ki, paytaxtın Nəsimi rayonunda avtomobil yolunda qeyri-adekva

Yer kürəsində geomaqnit pozuntuları müşahidə olunur

Yer kürəsində maqnit sahəsinin zəif pozuntuları qeydə alınıb, lakin hələlik maqnit qasırğası başlamayıb. TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun və Günəş-Ye


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberler az bugun xeberler cəbhədən son xəbər son xabar