İran İsrailin nüvə proqramına dair məxfi sənədləri açıqladı – ŞOK DETALLAR BİLİNDİ
İran mediası İsrailin nüvə proqramına dair əldə edilən məxfi sənədlərin ilk hissəsini ictimaiyyətə təqdim edib. Məlumata görə, sənədlər birbaşa İsrail rejimindən əldə olunub və beynəlxalq ictimaiyyətə, xüsusilə də Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) fəaliyyətinə dair ciddi ittihamlar ehtiva edir.
KONKRET.az xəbər verir ki, İran mediasında yayılan məlumata əsasən, sənədlər MAQATE-nin baş direktoru Rafael Qrossinin İrana qarşı siyasətdə İsraillə tam əməkdaşlıq etdiyini, o cümlədən sionist rejimin göstərişlərini yerinə yetirdiyini göstərir.
İranın informasiya naziri İsmayıl Xətib iyunun 8-də verdiyi açıqlamada bu sənədləri "kəşfiyyat məlumatlarının xəzinəsi" adlandıraraq, ölkənin müdafiə və hücum potensialının artırılmasında istifadə olunacağını bildirmişdi. Nazir əlavə edib ki, sənədlər İsrailin hərbi və raket proqramları, eləcə də nüvə hərbi layihələri və bu layihələrdə iştirak edən alimlər haqqında mühüm məlumatlar ehtiva edir.
Tehran rəsmiləri həmçinin bu məlumatların İranın müttəfiqləri və anti-İsrail qruplarla paylaşılacağını da bəyan ediblər.
Analitiklər bu hadisəni İran–İsrail münasibətlərində artan gərginliyin yeni mərhələyə keçməsi kimi dəyərləndirirlər. Qeyd edək ki, sənədlərin məzmununun tam miqyası və doğruluğu hələlik beynəlxalq təşkilatlar tərəfindən təsdiqlənməyib.
Aynurə İsmayıl
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Avtomobil dərəyə aşdı: ölən və yaralananlar var
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı
Şəhid Əli Heydərovun atası vəfat etdi
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO