Nazir müavininin sabit tarif təklifi tamamilə mənasız və absurd təklifdir' - Natiq Cəfərli

Nazir müavininin sabit tarif təklifi tamamilə mənasız və absurd təklifdir' - Natiq Cəfərli"Azərbaycanda nazir müavininin sabit tarif təklifi tamamilə mənasız və absurd təklifdir. Bu haqda necə fikirləşib, nədən bu qərara gəliblər, bunu indiyənə qədər anlaya bilmirəm".
Bu sözləri azxeber.com-a açıqlamasında işıq və qaz ilə bağlı sabit tarif təklifi ilə danışn iqtisadçı ekspert, REAL partiyasının sədri Natiq Cəfərli deyib.
Ekspert bildirib ki, işıq və qazda limitlərin ləğv gözlənilən məqamda belə qərarın verilməsi gözlənilməzdi:
"Bizim gözləntimiz işıqda və qazda limitlərin ləğv olunmasi idi. Çox güman ki, limitlər ləğv olunacaq. Amma ehtimal ki, müxtərif tarif paketləri də əlavə olunacaq ki, bu da istər-istəməz qiymət artımına səbəb olacaq".
İqtisadçı qeyd edib ki, dövlət şirkətinin elektrik və ya qaz xəttinin çəkilməsinə xərclədiyi vəsaiti abonentdən aylıq şəkildə alması əsas hədəfdir:
"Təklif ondan ibarətdir ki, dövlət şirkəti qazın və yaxud da işığın elektrik enerjisinin mənzilə qədər çəkilməsinə vəsait xərcləyir, sayğaç quraşdırır.Amma siz evdə yaşamırsınızsa, o infrastruktura çəkilən xərci sabit tariflə ödəməlisiniz. İndi bu 5 manat olacaq, 1 manat olacaq bilinmir, amma hər halda aylıq əlavə işlətdin-işlətmədin qaza və işığı elektrik enerjisinə pul verməli olacaqsınız. Bu çox mənasız bir yanaşmadır, çünki o infrastruktur üçün vəsait daha çox dövlət büdcəsindən ayrılır. Və dövlət büdcəsindən də biz hamımız vətəndaş olaraq vergilərimizlə pay sahibiyik və bizim vergiləri hesabına da o infrastruktur çəkilir, qurulur".
Natiq Cəfərli deyib ki, vətəndaşlar keyfiyyətli xidmət istəyir:
Bundan başqa, bizim üçün istehlakçı olaraq fərqi nədir ki, dövlət şirkəti olsun ya özəl şirkəti olsun, biz daha keyfiyyətli xidmət almaq istəyirik, mal və məhsul almaq istəyirik. İstehlakçı olaraq bizim üçün təbii inhisarçıların olmasının o qədər də əhəmiyyəti yoxdur. Sadəcə problem odur ki, bizim alternativimiz yoxdur. Yəni təbii inhisarçılar elektrik, su və qazın qiymətlərini, tarifləri istədiyi qədər artıra bilirlər. Bizim alternativimiz yoxdur ki, başqa bir təchizatçıya müracət edək. Amma təklif olunan məntiqi götürsək, ki, məsələn, biznesdə də elə davranılmaldır? Məsələn, kimsə mağaza tikir, ora infrastruktur qurur, ora pul xərcləyir və mağazaya kimsə daxil olur. Heçnə almadan mağazadan çıxan olduğu halda onun qarşısını kəsib, mən mağazama pul xərcləmişəm, buraları tikmişəm, nə olsun heçnə almamsan? Heç olmasa kasaya 5 manat və 1 manat ödəniş elə. Yəni bu aşağı yuxarı belə yanaşmadır. Çox məntiqsiz, yanlışdır. Ümid edirəm ki, bu təklif keçməyəcək".
Qeyd edək ki, Azərbaycanda mənzili olan, amma orada yaşamayan vətəndaşlar elektrik enerjisini sabit tariflə ödəyəcəklər.Bunu energetika nazirinin müavini Samir Vəliyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında bildirib.
Günel Hüseynli

İqtisadiyyat       Tarix: 14 iyun 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda

Park Yasamalda hazır vətikintisi davam edən mənzillər: hansı seçimlər var?. Bakının Yasamal rayonunda yerləşən Park Yasamalyaşayış kompleksində fərqli sahə və planlaşdırmaya malik mənzillər satışdadır.Kompleksdə həm köçməy

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Azercell-dən "MiFi" və "Wi-Fi" cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan

Azercell "MiFi" və "Wi-Fi" cihazlarını əldə edən abunəçilər üçün xüsusi təklif təqdim edir. Kampaniya çərçivəsində bu cihazları alan abunəçilərə 60 GB internet paketi hədiyyə olunur. Eyni zamanda, müştərilər

PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib

PAŞA Bank-ın dəstəyi və Regional İnkişaf İctimai Birliyi (RİİB) ilə əməkdaşlıq çərçivəsində bu ilin oktyabr ayında Xocalı rayonunun Əsgəran qəsəbəsində 400 pavloniya ağacı əkilib. Təşəbbüs beynəlxalq Enactus proqramı çərçivəsind

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi


son xeberler azerbaycan xeberleri yeni xeberler en son xeberler xeber.az 2026 hava proqnozu zelzele