Azərbaycanın ATƏT-dəki Nümayəndəliyi Ermənistanın təxribatları ilə bağlı bəyanat yaydı

Azərbaycanın ATƏT-dəki Nümayəndəliyi Ermənistanın təxribatları ilə bağlı bəyanat yaydıAzərbaycan Respublikasının ATƏT yanında Daimi Nümayəndəliyi ATƏT-in Daimi Şurasının iclasında Ermənistanın sülh müqaviləsi üzrə danışıqlar prosesini pozmağa yönəlmiş təxribatları və təcavüzü ilə bağlı Bəyanatla çıxış edib.
azxeber.com xəbər verir ki, Bəyanatda cari ilin 10-11 may tarixlərində Ermənistan tərəfindən növbəti hərbi təxribatın törədildiyi, nəticədə isə Azərbaycan Ordusunun 1 hərbi qulluqçusunun həlak olduğu, Ordumuzun 1 hərbi qulluqçusunun isə ağır yaralandığı diqqətə çatdırılıb.
Ermənistanın Vaşinqton görüşündən dərhal sonra qəsdən törədilmiş bu təxribatın, Ermənistanın sülh gündəliyinin irəli aparılmasında maraqlı olmadığını göstərdiyi bildirilib.
Son dövrlərdə Ermənistanda baş verən hadisələrin, xüsusilə Azərbaycan hərbçilərinə qarşı qondarma "məhkəmə prosesi", "Nemezis" terror əməliyyatına həsr olunmuş abidənin qoyulmasının bölgədə sülh və təhlükəsizliyə təhdid törədən revanşizm meyllərin artdığını nümayiş etdirdiyi qeyd olunub.
Bəyanatda, həmçinin normallaşma gündəliyinin təşəbbüskarı olan və hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işləri aparan Azərbaycanın gərginlikdə maraqlı olmadığı, habelə təxribatların qarşısını almaq üçün bütün lazımi tədbirləri gördüyü söylənib.
Ermənistanın bu kimi təxribatlarının beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalı olduğu, o cümlədən bu ölkəni sülh gündəliyinə sadiq qalmağa təşviq etmək məqsədilə beynəlxalq səylərin gücləndirilməsinin vacibliyi vurğulanıb.

Siyasi       Tarix: 13 may 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Ermənistan bu dəmir yolunun bərpasına başladı

"Ermənistan Gümrü-Axurik və Yerasxa hissələrində dəmir yolunun bərpası işlərinə başlayıb". xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında deyib. "Bu işi biz həyata keçirəcəyik

İlham Əliyev Kanadanın General-Qubernatorunu təbrik etdi

Prezident İlham Əliyev Kanadanın General-Qubernatoru Luiza Arbura təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:. "Hörmətli xanım General-Qubernator,. Kanada Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbayca

İlham Əliyev DTX-yə yeni səlahiyyət verdi

"Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında" fərmanda dəyişiklik edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliye

Rəqəmsal inkişaf sahəsində strateji baxış vahid idarəetmə modeli çərçivəsində əlaqələndirilir

Dövlət başçısı İlham Əliyev bu ilin fevral ayında keçirilən "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə bu çağırışı etdi ki, süni intellektin tətbiqi, data mərkəzlərini

Ermənistanda dövlət sirrini yayan polkovnik həbs olundu

Ermənistanın bir sıra kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin komandiri, polkovnik Edik Maloyanın evində axtarı

Xamenei atasının dəfnində iştirak edəcək?

Müctəba Xameneinin keçmiş rəhbər və atası Əli Xameneinin dəfn mərasimində iştirak edib-etməyəcəyi barədə qərar bizim səlahiyyətimizə aid deyil. xəbər verir ki, bunu Əli Xameneinin dəfn mərasimi üzrə qərargahın katibi Əl

Prezidentdən Naxçıvanla bağlı FƏRMAN

Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Dövlət qulluğu haqqında" qanun

Hikmət Hacıyev professor Ceffri Saks ilə görüşdü – FOTO

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev iqtisadiyyat üzrə dünya şöhrətli professor Ceffri Saks ilə görüşüb. xəbər verir ki, o, bu barəd

Rusiya-Ukrayna müharibəsi ilə bağlı bədbin proqnoz: "Rusiya 1 milyon əsgəri ona görə toplayır ki…" - Rəy

Rusiya ilə Ukrayna arasında davam edən müharibə artıq bir neçə ildir ki, beynəlxalq gündəmin əsas mövzularından biri olaraq qalır. Müxtəlif dövrlərdə tərəflər arasında danışıqlar aparılsa da, sülh razılaşmasına nail olma


yeni xeberler son xeberler azerbaycan xeberleri sonxeber maraqlı xəbərlər xəbər xeber.az son xeberler