Azərbaycanın beynəlxalq hava limanlarında sərnişin axını təxminən 200 faiz artıb
Azərbaycanın beynəlxalq hava limanlarında sərnişin axını təxminən 200 faiz artıb
2022-ci ilin fevral ayında Azərbaycanın beynəlxalq hava limanları ümumilikdə 255 min sərnişinə xidmət göstərib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8 dəfə çoxdur.
Bu barədə məlumatı Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti yayıb.
Ümumilikdə ilin əvvəlindən bütün aeroportlar üzrə sərnişin axını 546 min nəfər təşkil edib ki, bunun da 80 faizi Heydər Əliyev Beynəlxalq Aeroportunun payına düşüb.
Bakı hava limanının baza aviadaşıyıcıları - AZAL və "Buta Airways" 167 min və 52 min sərnişin daşıyıb ki, bu da müvafiq olaraq xidmət göstərilən sərnişinlərin ümumi payının 38 faizini və 12 faizini təşkil edir.
2022-ci ilin fevral ayında 24 xarici aviaşirkət Bakı hava limanına uçuşlar həyata keçirib. Aviadaşıyıcılar Azərbaycandan Türkiyə, Rusiya, BƏƏ, Gürcüstan, Ukrayna, Belarus, Qətər, İsrail, Almaniya, Böyük Britaniya, Küveyt, Bəhreyn və Səudiyyə Ərəbistanına uçuşlar həyata keçiriblər.
2022-ci ilin mart ayından etibarən Ukraynada baş verən hadisələrlə əlaqədar Ukrayna, Rusiya və Belarusa uçuşlar müvəqqəti olaraq dayandırılıb. Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) sərnişin və yük daşımalarının həcmi, uçuş-enmə əməliyyatları, aerovağzal kompleksinin sahəsi və yük kompleksinin tutumu baxımından Azərbaycanın və regionun ən böyük hava limanıdır. 2021-ci ildə Heydər Əliyev Beynəlxalq Aeroportu "Skytrax" beynəlxalq hava nəqliyyatı reytinq agentliyi tərəfindən COVID-19 pandemiyası dövründə epidemioloji təhlükəsizlik üzrə ən yüksək - "5 ulduzlu" reytinqə layiq görülüb. Bu, sərnişinlərini və əməkdaşlarını koronavirus infeksiyasının yayılmasından qorumaq üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda tətbiq olunan COVID-19 tədbirlərinin səmərəliliyinin ən yüksək qiymətləndirilməsidir. /oxu.az

"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Qazancına görə bütün futbolçuları geridə qoydu
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu
Beyləqanda müəllim komaya düşüb öldü - Foto
Gəncədə beşaylıq körpə ölüb
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların aqibəti bəlli oldu - Rəsmi
İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?