Azərbaycanın bəzi yerlərində şimşək çaxıb, leysan xarakterli yağış yağıb - FAKTİKİ HAVA
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyunun 4-nə olan məlumatına əsasən bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Nazirlikdən bildirilib ki, düşən yağıntının miqdarı: Oğuzda 12.0 mm, Tovuz, Şəmkirdə 9.0 mm, Şəkidə 8.0 mm, Qaxda 6.0 mm, Ağstafada 4.0 mm, Qəbələ, Ceyrançöldə 2.0 mm, Zaqatala, Daşkəsən, Balakən, Şahdağ, Yevlaxda 1.0 mm-dək olub.
Havanın temperaturu: İyunun 03-də iqlim normasından 3.6° yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31°-dək isti, Naxçıvanda 33°-dək isti, dağlıq rayonlarda 24°-dək isti, yüksək dağlıq ərazilərdə 14°-dək isti, aran rayonlarında 33°-dək isti olub.
Yağan yağışlarla əlaqədar Oxçuçay-Bürünlüdə və Vəlvələçay-Afurcada suyun səviyyəsi 5 sm, Qaraçay-Rükdə 4 sm, Kür-Qıraqkəsəməndə və Tərtərçay-Kəlbəcərdə 3 sm, Əyriçay-Ağyazıda 2 sm, Kür çayının aşağı axınında Zərdab məntəqəsində 5 sm, Kür-Surrada 30 sm, Kür-Şirvanda 6 sm, Kür-Salyanda isə 3 sm artım olmuşdur. Tovuz rayonu ərazisinə yağan güclü leysan yağışı nəticəsində Əsrikçayda suyun səviyyəsi 3 iyun saat 21:20-dən saat 22:55-dək 63 sm artmış və saat 22:40-dan 23:55-dək çaydan qısamüddətli sel keçmişdir. / azxeber.com
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır