Azərbaycanın bu kəndində bir çox uşaq yazıb-oxuya bilmir - VİDEO
Ağsu rayonunun Zərqəva kəndində məktəb yoxdur. Bu səbəblə kəndin uşaqları məktəbə getmirlər.
azxeber.com "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, həmin kəndə ən yaxın məktəb isə qonşu kənddədir. Amma məsafə uzaq olduğuna görə valideynlər övladlarını o məktəbə apara bilmirlər.
Valideynlər deyirlər ki, uşaqları qonşu kəndin məktəbinə ancaq atla aparmaq imkanları var. Amma havalar soyuduqda və yağış yağmağa başladıqda heç onu da etmək mümkün olmur.
Sakinlərin sözlərinə görə, məktəbsizlik ucbatından kənddən köçənlər də olub, övladını internat tipli məktəbə qoyanlar da.
Bir neçə il əvvələ qədər kənddə ancaq ibtidai məktəb olub. Amma sonradan o da ləğv edilib.
Kənd icra nümayəndəliyindən bildirildi ki, məktəb şagird azlığı səbəbindən bağlanıb.
Problemlə bağlı Ağsu rayon Təhsil Şöbəsindən isə bildirildi ki, Zərqəva kəndində şagirdlərin sayı yetərli olmadığından həmin kənddə məktəbin tikilməsi mümkün deyil.
Ətraflı videomaterialda:
Turlar.az [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var