Azərbaycanın əsas yatağından neft hasilatı qismən DAYANDIRILDI
Azərbaycanın əsas neft hasil edilən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yatağında Dərinsulu Günəşli platformasında hasilat dayandırılıb.
azxeber.com yatağın işlənməsi layihəsinin operatoru BP şirkətinə istinadən xəbər verir ki, platformada hasilat aprelin 25-dən 15 günlük müddətə illik iş proqramının bir hissəsi olaraq profilaktik işlər həyata keçirilməsi üçün dayandırılıb.
Profilaktika proqramı çərçivəsində müxtəlif layihələr, o cümlədən ventillərin dəyişdirilməsi, radioizotop mənbələrin dəyişdirilməsi və vacib təmir işləri həyata keçiriləcək:
"Belə proqramlar normal əməliyyatların bir hissəsidir və onlar planlaşdırılmış şəkildə həyata keçirilir. Bu proqramın planlaşdırılması işlərinə 2023-cü ildən başlanıb və proqram üzrə həyata keçirilən işlər 2024-cü ilin illik iş proqramı və büdcəsinə daxil edilib. Platformanın müvəqqəti dayandırılması həmçinin bu ilin hasilat planına da daxil edilib".
Şirkət bildirir ki, AÇG-nin digər platformalarından, həmçinin "Şahdəniz" yatağının platformalarından hasilat, Səngəçal terminalında əməliyyatlar, Bakı-Tiflis-Ceyhan və Cənubi Qafqaz Boru Kəməri (CQBK və CQBKG) vasitəsilə ixrac əməliyyatları normal davam edir:
"Bu planlaşdırılmış proqram obyektlərin uzunmüddətli təhlükəsiz, etibarlı, bütöv şəkildə, ətraf mühitə ziyan vurmadan istismarının vacib bir hissəsidir və əsasən elə profilaktik təmir və modifikasiya işlərindən ibarətdir ki, həmin işləri yalnız obyektin fəaliyyətini müvəqqəti dayandıraraq həyata keçirmək mümkündür".
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır