Azərbaycanın Fransadakı səfirliyi çağırış etdi
Azərbaycanın Fransadakı səfirliyi 2024-cü ilin 7 fevral tarixində keçiriləcək növbədənkənar Azərbaycan Prezidenti seçkiləri ilə bağlı çağırış edib.
KONKRET.az xəbər verir ki, məlumat xarici ölkələrdə olan Azərbaycan Respublikası vətəndaşlarının seçki hüquqlarının təmin edilməsi məqsədilə verilib.
"Fransa Respublikasında daimi və ya müvəqqəti yaşayan 18 yaşını tamamlamış Azərbaycan Respublikası vətəndaşlarının nəzərinə. 7 fevral 2024-cü il tarixinə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində xarici ölkələrdə olan Azərbaycan Respublikası vətəndaşlarının seçki hüquqlarının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında hazırlıq işləri görülməkdədir. Bu məqsədlə xarici ölkələrdəki Azərbaycan Respublikasının diplomatik və konsulluqlarında seçki məntəqələri yaradılmaqdadır. Azərbaycan Respublikası Prezidenti seçkilərində iştirak etmək istəyən, Fransa Respublikasında daimi yaşayan və ya müvəqqəti olan, yaxud uzunmüddətli ezamiyyətdə olan 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının seçici siyahısına əlavə olunması məqsədilə 29 dekabr 2023-cü il tarixinədək aşağıda qeyd olunmuş əlaqə vasitələri ilə Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyinə müraciət etmələri xahiş olunur.
Telefon: +33(0)144186023 +33(0)674740398 (Whatsapp qaynar xətt)
Elektron ünvan: [email protected]
Müraciət zamanı seçici siyahısına əlavə edilməsi məqsədilə Azərbaycan Respublikası vətəndaşının tam adı (soyadı, adı, atasının adı), doğulduğu tarix (il, ay və gün) və yaşadığı ünvan barədə məlumat təqdim olunmalıdır".
Xidmetler [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
39 yaşlı kişi evində ölü tapıldı
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb
Mingəçevirdə yük maşını bataqlıqda batdı
Ərdoğan sabah Qarabağa gəlir
Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda