Azərbaycanın məşhur şərab zavodu SATIŞA ÇIXARILDI

Azərbaycanın məşhur şərab zavodu SATIŞA ÇIXARILDIAzərbaycanın məşhur şərab zavodlarından biri – Mərəndi Şərab Zavodu satışa çıxarılıb.
KONKRET.az xəbər verir ki, bu barədə zavoddan məlumat verilib.
Abşeron rayonunda yerləşən müəssisənin istehsal gücü illik 2-3 min ton üzüm qəbul edib emal etməyə imkan verir. Zavoddakı avadanlıq saatda 3 min şuşə şərab istehsalı gücünə malikdir. Başqa sözlə, tam gücü ilə işləyəndə müəssisə həftədə 90 min şüşə şərab istehsla edə bilir.
Zavodda quraşdırılmış bütün avadanlıqlar İtaliya istehsallı müasir qurğulardır. Müəssisədə şərab istehsalı ilə yanaşı, araq sexi və konyak spirti çəkmək üçün distillə qurğuları var.
Bildirilib ki, burada şərabla yanaşı, türk rakısı viski, kalvados (almanin konyakı) istehsalı mümkündür. Hazırda «Mərəndi Şərab Zavodu» xarici ölkələrə, o cümlədən Rusiya və Polşaya şərab ixrac edir. Müəssisənin işçi kollektivi tam gücü ilə işləyəndə 60 nəfərə çatır.
Zavodun satış qiyməti 9 milyon manatdır. Bunun 4 milyon manatı əvvəlcədən ödəniləcək, 5 milyon manat isə 60 aylıq müddətə kredit kimi qaytarılacaq. Zavodla birlikdə müəssisənin 117 hektarlıq üzüm bağı da 10 illik pulsuz icarəyə verilir.
Xatırladaq ki, Abşeron yarımadasındakı palçıq vulkanlarının yaxınlığında, iki duz gölünün arasında yerləşən "Fireland" bağlarında yetişən üzümlərdən yüksək keyfiyyətli şərablar istehsal olunur. Hazırda ümumilikdə 160 hektar ərazidə yetişdirilən 15 üzüm növündən çeşidli məhsullar, o cümlədən rafinə olunmuş "Yallı", "Premium Tella Caspea" və "Tera Caucasea", eləcə də daha zərif dadı olan və yüngül içilən "İlkin" süfrə şərabları hazırlanır.
Müəssisənin satışı ilə bağlı daha ətraflı məlumatı 050 334 40 40 nömrəsindən almaq olar.
(Fed.az)

Sosial       Tarix: 02 avqust 2022
f Paylaş

Oxşar xəbərlər

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola


son xeberler yeni xeberler azerbaycan xeberleri xabar az xeber saytlari cebheden xeber son xeberler bugun 2026 canli