Azərbaycanın mövqeyi birmənalıdır, açıqdır

Azərbaycanın mövqeyi birmənalıdır, açıqdırAzərbaycan müasir beynəlxalq münasibətlər sistemində öz mövqeyini getdikcə möhkəmləndirir, əməkdaşlığı genişləndirir, bugünkü inkişafı ilə, siyasi, iqtisadi, hərbi, mədəni və s. istiqamətlər üzrə əldə etdiyi nəticələrə görə bölgədə və dünyada söz sahibi olan bir ölkəyə çevrilir. 2020-ci il sentyabrın 27-də işğalçı Ermənistan tərəfindən başlanılan və noyabrın 10-da Azərbaycanın parlaq qələbəsi ilə başa çatan Vətən müharibəsindən sonra ölkəmizin beynəlxalq aləmdəki reytinqi daha da yüksəldi. 44 günlük müharibə Azərbaycanın həm iqtisadi, həm də hərbi gücünü dünyaya nümayiş etdirdi. Artıq ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin, eləcə də, beynəlxalq təşkilatların sayı getdikcə artır. Azərbaycanın ikitərəfli və çoxtərəfli münasibətləri inkişaf edir, müstəqil dövlətimiz beynəlxalq təşkilatlarda uğurla təmsil olunur. 
Ümumiyyətlə, ölkəmiz beynəlxalq müstəvidə özünü etibarlı tərəfdaş kimi təsdiq edib. Eyni zamanda, respublikamızda həyata keçirilən uğurlu siyasət dövlətimizin əsaslarını əhəmiyyətli dərəcədə möhkəmləndirib, indiki dinamik inkişafı şərtləndirib. Azərbaycan regional və qlobal səviyyədə fəaliyyətini, o cümlədən, beynəlxalq miqyasda əməkdaşlığı genişləndirərək və dərinləşdirərək müstəqil dövlət kimi bir sıra beynəlxalq təşkilatların fəal üzvünə çevrildi. Ulu öndər Heydər Əliyevin respublikaya rəhbərliyə qayıdışından sonra qar¬şıya qoyulan prioritet vəzifələrdən biri beynəlxalq təşkilatlarla əlaqələri möhkəmləndirmək və həmin qu¬rumların fəal üzvünə çevrilmək idi. Azərbaycan müstəqillik dövründə Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, İslam Konfransı Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, Qoşulmama Hərəkatı kimi bir çox təşkilata üzv olmuşdur. Təbii ki, Azərbaycanın sürətli inkişafı, iqtisadi gücünün artması, əhalinin rifahının yüksəlməsi bir sıra digər məsələlərdə də təsiredici rol oynayır. Sözsüz ki, qazanılan uğurlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyini də əhəmiyyətli dərəcədə gücləndirdi. Bu gün Prezident cənab İlham Əliyevin dövlətimizin dünya birliyində mövqeyinin daha da güclənməsinə xidmət edən və xalqımızın siyasi iradəsinə əsaslanan siyasi kursu beynəlxalq aləmdə məmnunluqla qəbul olunur. Ölkə başçısı bu siyasəti müasir dövrün çağırışlarına və gələcəyin tələblərinə uyğun olaraq həyata keçirir.
Bildiyiniz kimi car ilin fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 56-cı Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniya Federativ Respublikasına səfər etmişdir. Münxen Təhlükəsizlik Konfransı çərçivəsində  fevralın 18-də "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak etdilər. Bu plenar iclas bir daha onu göstərdi ki, bəzi qüvvələr Azərbaycanın yaratdığı yeni regional reallıqlarla hələ də barışmaq istəmirlər. Bu barədə panel müzakirələrindən sonra Azərbaycan telekanallarına müsahibə verən cənab Prezident İlham Əliyev fikir bildirdi: "İkinci Qarabağ müharibəsindən sonra bölgəmizdə də vəziyyət tamamilə dəyişdi. Yeni reallıqlar ortaya çıxdı və əlbəttə, biz hazır olmalıyıq ki, bu reallıqlarda öz mövqeyimizi daha da gücləndirək". Həmçinin Cənubi Qafqazda təhlükəsizliklə bağlı sualı cavablandıran dövlətimizin başçısı deyib: "Bugünkü panel müzakirəsi bir daha onu göstərdi ki, bəziləri bu reallıqlarla barışmaq istəmirlər, amma məcbur olub barışacaqlar. Çünki biz real dünyada yaşayırıq və bölgəmizdə gedən proseslər əlbəttə ki, yeni yanaşmaları tələb edir".
Prezident cənab İlham Əliyevin televiziya kanallarına verdiyi müsahibə bir çox məsələlər müzakirə olundu. Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması məğlub Ermənistandan fərqli olaraq, respublikamız Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın Baş nazirinin imzaladıqları üçtərəfli bəyanatlara, həmçinin digər razılaşmalara sadiqlik nümayiş etdirir. Qeyd edək ki, dövlət başçımız postmüharibə dövründə dəfələrlə  sülh və əməkdaşlıq çağırışları səsləndirib. Bu mövqe birmənalı şəkildə regionda təhlükəsizliyə və inkişafa yeni imkanların yaradılması kimi dəyərləndirlir. Bütün bunlar Azərbaycanın sülhyaratma prosesində sərgilədiyi prinsipial yanaşmanın beynəlxalq səviyyədə yüksək dəyərləndirildiyini və qəbul edildiyini əyani şəkildə təsdiqləyir. 
İman Abduyev, politoloq / azxeber.com

Siyasi       Tarix: 21 fevral 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Özgür Özəl İlham Əliyevi təbrik edib

Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında məlumat paylaşılıb. Məlumatda bildirilib ki, Özgür Özəl Zəfər Günü münasibətil

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan noyabrın 8-də Xankəndidə təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni


son xeberler azerbaycan xeberleri yeni xeberler krimnal xeber cəbhədən görüntüleri ən son xəbərlər bugün cəbhədən son durum