Azərbaycanın neftdən gəliri 98% artdı
2022-ci ildə Azərbaycanın neft-qaz sektorunda ixracın həcmi 98,1 faiz artaraq 37,9 milyard dollara çatıb.
KONKRET.az Azərbaycan Mərkəzi Bankının məlumatlarına istinadən xəbər verir ki, 20,8 milyard dollar xam neftin, 16,4 milyard dollar təbii qazın, 0,7 milyard dollar isə neft məhsullarının payına düşüb.
2022-ci ildə qeyri-neft ixracı 15,4 faiz artaraq 2,9 milyard dollara çatıb.
Qeyd edək ki, bütünlükdə 2022-ci ildə Azərbaycanın məhsul ixracı 88,4 faiz artaraq 40,9 milyard dollara çatıb.
2022-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 54,4 milyard dollar olub. Xarici ticarət dövriyyəsinin neft-qaz sektorundakı müsbət saldo 35,4 milyard dollar olub, qeyri-neft-qaz sektorunda isə 8 milyard dollar dəyərində defisit formalaşıb.
2022-ci ildə Azərbaycanın xarici ticarət balansında müsbət saldo 27,4 milyard dollar olub. Ötən il ölkə dünyanın 189 ölkəsi ilə ticarət münasibətində olub: xarici ticarət dövriyyəsinin 10,3 faizi MDB ölkələrinin, 89,7 faizi isə digər ölkələrin payına düşüb.
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır