Azərbaycanın qadın atletləri gender testi verəcək

Azərbaycanın qadın atletləri gender testi verəcəkAzərbaycanın bütün qadın atletləri dünya seriyalı yarışlardan əvvəl gender testi verəcəklər.
KONKRET.az xəbər verir ki, bu barədə Sportnet.az-a Azərbaycan Atletika Federasiyasının (AAF) baş katibi Məhərrəm Sultanzadə məlumat verib.
Onun sözlərinə görə, belə bir qərarı Dünya Atletikası (World Athletics) qəbul edib. Qərara əsasən dünya və Avropa çempionatları, Brilliant Liqası və Kontinental tur kimi nüfuzlu yarışlar öncəsi qadın atletlər SRY gen skrinini verməlidirlər:
"SRY gen skrini molekulyar-genetik araşdırmadır. Məqsəd kişi cinsi əlamətlərinin inkişafında aparıcı amil sayılan Y xromosomunda SRY geninin analizidir. Testlər orqanizmində kişi Y xromosomumunun olub-olmamasını üzə çıxarmaq üçün aparılır. Azərbaycanda da hələ COVID-19 testlərinin aparıldığı vaxtdan belə imkanlar var və analizlər ölkəmizdə aparılacaq. Skrininq tüpürcək qırıntısı və ya qan analizi vasitəsilə yerinə yetiriləcək. Qadınlarda kişi hormonları üzə çıxsa, onlar yarışlara buraxılmayacaqlar. İndiyədək kişi hormonlu qadınların kişilərin yarışlarına qatılmaları hallarına rast gəlinib. Testlər məhz belə halların qarşısını almaq üçün aparılır. World Athletics-in tövsiyəsinə əsasən, sentyabrın 1-dək gender testi aparılmalı və ali atletika qurumuna göndərilməli, nəticələri bilinməyənədək dünya çempionatı üçün bilet alınmamalıdır".
Sultanzadə 13 – 21 sentyabrda Yaponiyanın paytaxtı Tokioda keçiriləcək atletika üzə dünya çempionatında Azərbaycanın qadın atleti iştirak etməyəcəyini bildirib. Bu səbəbdən, AAF rəsmisi yarış öncəsi testin qadın atletlərin qatılacaqları digər nüfuzlu turnirlər öncəsi aparılacağını diqqətə çatdırıb: "Dünya çempionatında Azərbaycanı yalnız kişi atlet Əlhəm Nağıyev təmsil edəcək. O, sprinter məsafəsinə qaçışlara qatılacaq. Çəkicatan Anna Skidan bu yaxınlarda ana olduğu üçün çempionata yollana bilməyəcək. Üç təkanla uzununa tullanan Nazim Babayev isə noyabrda təşkil olunacaq VI İslam Həmrəyliyi Oyunlarına hazırlaşır. Açıq danışsaq, iki mühüm yarışda – həm dünya çempionatı, həm də İslam Həmrəyliyi Oyunlarında pik formanı saxlamaq çətindir. Buna görə də Babayevin Oyunlarda iştirakına qərar verilib".
Baş katib Skidandan əlavə, Yekaterina Sarıyeva və Lamiyə Vəliyeva kimi beynəlxalq yarışlarda nəticə verən atletlərin gələn il keçiriləcək yarışlardan öncə testdən keçiriləcəklərini açıqlayıb: "Vəliyeva yeganə atletdir ki, T13 kateqoriyasına daxil olduğu üçün həm atletika, həm də para-atletika yarışlarında iştirak edir. Bununla əlaqədar, Lamiyəni də testdən keçirəcəyik".

İdman       Tarix: 25 avqust 2025
f Paylaş

Oxşar xəbərlər

"Sabah" bu gün "Slaviya" ilə üz-üzə gələcək

"Sabah" komandasnın əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək. bildirir ki, Azərbaycan təmsilçisi Çexiyanın "Slaviya" kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı Olimpiya Stadionun, saat 20:45-d

"Barselona" rekord qırdı

"Sabah" futbol klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi "Barselona" cari mövsümdə qazandığı nəticələrlə diqqət çəkib. xəbər verir ki, Kataloniya klubunun rəsmi saytının məlumatın

Millinin baş məşqçiliyinə namizəd göstərilən Ardadan açıqlama

Vinçenzo Montellanın gedişindən sonra adı milli komandanın baş məşqçisi vəzifəsinə potensial namizəd kimi çəkilən Arda Turan açıqlama verib. xəbər verir ki, Turan bu təklifə çox sevindiyini deyib:. "Hisslərimi təsvi

"Sabah" - Borussiya Dortmund" oyununun biletləri satışa çıxarıldı

"Sabah"ın UEFA Çempionlar Liqasının liqa mərhələsində keçirəcəyi 2-ci ev oyununun biletləri satışa çıxarılıb. xəbər verir ki, bilet qiymətləri 15, 40, 50,  75, 120 və 650 manatdır. Bakı təmsilçisi oktyabrın 20-d

Mariya Şarapova Bakıya gəlir

Məşhur tennisçi və iş adamı Mariya Şarapova Bakıda keçiriləcək "INMerge" İnnovasiya Sammitində iştirak edəcək. KONKRET.azxəbər verir ki, Trend-in məlumatına görə, sammit noyabrın 30-dan dekabrın 1-dək Bakı Konqre

Millətlər Liqası: Bu gün daha 10 oyun var

Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinin növbəti oyunları keçiriləcək. xəbər verir ki, oyun günündə 10 matç baş tutacaq. UEFA Millətlər Liqası. 6 oktyabr. A Liqası, II qrup. 22:45. Xorvatiya – İspaniya;. 22:45. İngiltər

"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək. Əvvəlcə "Qəbələ" öz meydanında "Sabah"ı qəbul edəcək. Bölgə təmsilçisi hazırda 4 xalla 10-cu

"Sabah"ın baş məşqçisi: "Hər kəs bizdən qələbə gözləyir"

Hər kəs "Sabah" komandasından "Slaviya" ilə qarşılaşmada qələbə gözləyir. KONKRET.azxəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsind

Bugünkü oyunları yayımlayacaq kanallar

UEFA Avropa Liqasının və Konfrans Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. KONKRET.azxəbər verir ki, qarşılaşmala


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son xəbərlər havanın temperaturu azerbaycan son xeber bugun cebheden xeberler