Azərbaycanın Türkiyədən almaq istədiyi hərbi TƏYYARƏLƏRİN ÖZƏLLİKLƏRİ - FOTO
Ankara ilə Bakı arasında, xüsusən də hərbi sahədə son zamanlar möhkəmlənən əlaqələrdən sonra Azərbaycan Türkiyədə istehsal olunan təyyarələri almağı nəzərdən keçirir.
Publika.az xəbər verir ki, bu barədə "Defence News" məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Türk Aerokosmik Sənayesinin ( TUSAŞ) istehsal etdiyi "Hürkuş" təlim təyyarəsinin ikinci müştərisi olacaq. Xəbərdə vurğulanıb ki, bu ilin əvvəlində Niger sözügedən təyyarəni almaq üçün Türkiyəyə müraciət edib.
"Defence News"da Azərbaycanda "Hürkuş"a böyük marağın olduğunu və tezliklə ölkəmizə ixracatda mühüm inkişafların olacağı qeyd edilib.
Türkiyənin Müdafiə Sənayesi naziri İsmayıl Dəmir dekabrın 4-də bildirib ki, Azərbaycanda "Hürkuş"lara böyük maraq var: "Biz tezliklə təyyarələrin Azərbaycana ixracı ilə bağlı mühüm hadisələrin şahidi olacağıq".
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçının sözlərinə görə, İ.Demirin açıqlamasından bir gün əvvəl "Hürkuş" ölkəmizdə uçuş sınağından keçib. Tədbirdə Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov da iştirak edib.
"Hürkuş"la yanaşı Azərbaycanda yüngül hücum təyyarəsi olan "Hürjet" də diqqəti cəlb edib. Təchizat mənbəyinə əsaslanan xəbərdə bildirilib ki, Bakı "Hürjet"i almaqda maraqlı olduğunu bildirib.
Silahlı təlim təyyarəsi olan "Hürjet"in "Hürkuş"un reaktiv mühərrik versiyası olduğu və təyyarə üçün proqramın 2018-ci ildə başladıldığı qeyd edilib.
"Hürjet"in xüsusiyyətləri
Maksimum sürət: 1,4 Mach
Maksimum hündürlük: 13 min 716 metr
Əsas yükgötürmə qabiliyyəti: 3 min kiloqram
Qanadının genişliyi: 9,5 metr
Uçuş məsafəsi: 2592 km
Tam səlahiyyət, rəqəmsal idarə olunan uçuş sistemi
Daxili taktiki təlim və canlı virtual konstruktor təlim sistemləri
"Hürkuş"un xüsusiyyətləri
Maksimum kruiz sürəti: 574 kilometr
Maksimum xidmət hündürlüyü: 10 min 577 metr
Maksimum havada qalma müddəti: 4 saat 15 dəqiqə
Maksimum uçuş məsafəsi: 1478 km
Akqabay
Turlar.az [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək