Azərbaycanın xarici siyasəti sülhsevər siyasətdir

Azərbaycanın xarici siyasəti sülhsevər siyasətdirAzərbaycan Respublikasının milli mənafelərinin qorunmasına xidmət edən xarici siyasət kursunun işlənib hazırlanması və gerçəkləşdirilməsi bütövlükdə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun güclü dövlətçilik təfəkkürü  Azərbaycan Respublikasının beynəxalq əlaqələrinin düzgün qurulmasına imkan yaratmışdır. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev ilk günlərdən Azərbaycanın xarici siyasətini yeniləşdirdi və ölkənin strateji maraqları əsasında yenidən qurdu. 
Ulu Öndər, ilk növbədə keçmiş hakimiyyətin xarici siyasət sahəsində buraxdığı kobud səhvləri və bunun nəticəsində Azərbaycan ətrafında formalaşmış gərgin beynəlxalq siyasi vəziyyəti aradan qaldırmaq istiqamətində iş aparmağa, ölkənin strateji maraqlarını region dövlətlərinin və Qafqazda xüsusi təsiri olan ayrı-ayrı dövlətlərin maraqları ilə uzlaşdırmağa yönəlmiş siyasət yürütməyə başladı. Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə çıxış edən Ulu Öndər bu barədə demişdir. "Azərbaycanın xarici siyasəti sülhsevər siyasətdir, dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əlaqələr saxlamaq, sülhü, əmin-amanlığı qorumaq, qonşularla mehribanlıq, əmin-amanlıq, sülh şəraitində yaşamaq, bütün başqa ölkələrlə də mehriban əlaqələr yaratmaq və bütün sahələrdə geniş əməkdaşlıq etmək siyasətidir." 
Heydər Əliyev Azərbaycanın dövlətçilik  müxtəlif dövlətlərin bütövlükdə Qafqaz və bilavasitə respublikamız üzərində qurulmuş iqtisadi maraq və nüfuz dairəsi uğrunda mübarizələrini nəzərə alaraq, çevik manevrlər və xüsusi taktiki gedişlər etdi. Xarici siyasət kursunda mövcud reallıqları nəzərə alan və ölkənin mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi. Müstəqil Azərbaycan dövlətinin Avropa ölkələri və ABŞ-la, yeni müstəqil dövlətlər və Rusiya ilə, türkdilli dövlətlər və Türkiyə, müsəlman dünyası və İranla, nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrinin yaxın dövr üçün prioritetləri müəyyənləşdirildi və tədricən həyata keçirilməyə başlandı.
SSRİ dağılandan sonra istiqlaliyyət qazanmış türk xalqları arasında tarixi mənəvi bağların, iqtisadi, siyasi və humanitar əlaqələrin qurulması və genişləndirilməsində dövlət başçılarının mütəmadi görüş və müzakirələrinin böyük əhəmiyyətə malik olduğunu vurğulayan Heydər Əliyev bu sahədə Türkiyə Cümhuriyyəti tərəfindən atılan addımları, verilən dəstəyi yüksək qiymətləndirirdi. Xüsusilə Prezident Turqut Özalın 1992-ci ildə Ankarada yeni istiqlal qazanmış türk cümhuriyyətlərinin dövlət başçılarının ilk Zirvə görüşünün xalqlarımızın qarşılıqlı əlaqələrinin daha da zənginləşməsində faydalı başlanğıc olduğunu qeyd edirdi.
Türkiyə Cümhuriyyəti ilə əlaqələrə çox böyük əhəmiyyət verən Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanı, bununla da Azərbaycanı Türkiyə ilə bağlayan Araz çayı üzərində "Ümid" körpüsünün tikintisinə başlandı. Körpü Heydər Əliyevin və Süleyman Dəmirəlin iştirakı ilə təntənəli surətdə açıldı. Bu açılış Azərbaycan – Türkiyə münasibətlərində yeni bir mərhələnin də təməlinin qoyulması idi.
Türkiyə Cümhuriyyəti yaradılmasının 75-ci ildönümü münasibətilə qardaş ölkənin Azərbaycandakı səfirliyinin təşkil etdiyi rəsmi qəbulda çıxış edən Heydər Əliyev  qardaş ölkəyə olan sevgisini bu sözlərlə ifadə etmişdir: "Türkiyə Cümhuriyyəti Avropa ilə Asiyanın, Şərqlə Qərbin sintezindən əmələ gəlmiş və bütün müsəlman Şərq aləmi üçün örnək cümhuriyyət olmuşdur." 
Rusiyanın Cənubi Qafqazda güclü nüfuzunu nəzərə alan Azərbaycan özünün xarici  siyasətində şimal istiqamətinə xüsusi diqqət verir. Prezidentlərin qarşılıqlı səfərləri, Xəzər dənizinin milli sektorlara bölünməsi üzrə Azərbaycan Rusiya sazişi, eləcə də hər iki tərəfin təhlükəzliyinin təmin edilməsi də daxil olmaqla müxtəlif sahələr üzrə əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir.
İki ölkə arasında dostluq əlaqələrinin möhkəmlənməsində Heydər Əliyevin xüsusi rolu və xidməti olmuşdur. Ulu Öndər qeyd etmişdir ki, "Azərbaycan bu gün də, gələcəkdə də Rusiya ilə səmimi münasibətlərə, yaxşı tərəfdaşlıq münasibətlərinə malik olmalıdır." 
Tarix və mədəniyyət sahələrində zəngin müştərək irsə malik Azərbaycanla İran arasında münasibətlər  Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir. Müstəqilliyimizin ilk günlərindən Azərbaycan qonşu İranla siyasi-iqtisadi və mədəni sahələrdə faydalı əlaqələrin gücləndirilməsinə çalışır.
"Biz bu mövqeyin üzərində qəti dururuq ki, Xəzər dənizi sülh, qardaşlıq, birgə əməkdaşlıq dənizi olmalıdır." – deyən Heydər Əliyev İranla qonşuluq və əməkdaşlıq siyasəti yeridərək  kifayət qədər gərgin münasibətləri normallaşdırmağa və inkişaf etdirməyə çalışmışdır.
Azərbaycan öz təhlükəsizliyi, ərazi bütövlüyü və  müstəqilliyini qorumaq, imkanlarını möhkəmləndirmək naminə Amerika Birləşmiş Ştatları ilə münasibətlərə böyük əhəmiyyət verir. Heydər Əliyevin qeyd etdiyi kimi: "Biz Amerika Birləşmiş Ştatları ilə əlaqələrimizə xüsusi əhəmiyyət veririk və müstəqil dövlətimizi quraraq, yaradaraq, inkişaf etdirərək bütün sahələrdə - dövlət quruculuğunda, demokratiyanın inkişaf etdirilməsində, bütün azadlıqların təmin olunmasında, bazar iqtisadiyyatı yolunda islahatların keçirilməsində Amerikanın təcrübəsindən daim bəhrələnirik." 
Bu münasibətlərin inkişafı Azərbaycanın iqtisadi və siyasi tərəqqisinə, Xəzərdə neft və qaz layihələrinin gerçəkləşdirilməsinə, Şərqlə Qərbi birləşdirən transregional dəhlizlərin yaradılmasına imkan verir.  Azərbaycanla ABŞ arasında əməkdaşlıq ölkənin  qlobal iqtisadi sistemə inteqrasiyasının başlıca elementi kimi çıxış edir.
Bütövlükdə, Azərbaycanın xarici siyasəti ölkənin milli təhlükəsizliyinin etibarlı təminatıdır. Bu, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilən müasir xarici siyasət kursunun məzmunundan qaynaqlanır. Əsasını varislik ilə yenilik arasındakı tarazlıq təşkil edən bu model mövcud konyunkturanın dəyişikliklərinə əməli surətdə cavab verməyə, eyni zamanda, ölkənin davamlı inkişafını təmin etmək üçün əlverişli xarici şəraitin yaradılmasına yönələn diplomatik strategiyanın saxlanılmasına imkan yaratmışdır.
Tükəzban Həsənova 
Abşeron Rayon Heydər Əliyev Mərkəzinin direktoru / azxeber.com

Siyasi       Tarix: 11 oktyabr 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Şavkat Mirziyoyev: Türkologiya elminin qarşısında yeni vəzifələr meydana çıxır

Türk dünyasının qədim və zəngin tarixinə, elmi və mədəni irsinə, onun mənəvi dəyərlərinə və tarixi inkişaf yoluna layiqli töhfə vermək məqsədilə bir araya gələn siz dəyərli insanları bugünkü konqresin açılışı münasibətil

Köçəryanın gizli görüntüləri ilə bağlı yeni qalmaqal

Ermənistanda keşmiş prezident Robert Köçəryanın hava limanındakı görüntülərinin mediaya sızdırılması ətrafında qalmaqal böyüyür. xəbər verir ki, Ermənistan Ədliyyə Nazirliyinin Şəxsi Məlumatların Mühafizəsi Agentliyi mediad

İlham Əliyev Delsi Rodrigesə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Venesuela Bolivar Respublikasının Prezidenti vəzifəsini icra edən xanım Delsi Rodrigesə başsağlığı verib. məktubun mətnini təqdim edir:. "Venesuelada baş vermiş güclü zəlzələ nəticəsind

Xamenei atasının dəfnində iştirak edəcək?

Müctəba Xameneinin keçmiş rəhbər və atası Əli Xameneinin dəfn mərasimində iştirak edib-etməyəcəyi barədə qərar bizim səlahiyyətimizə aid deyil. xəbər verir ki, bunu Əli Xameneinin dəfn mərasimi üzrə qərargahın katibi Əl

Türkiyə bu üç ölkə ilə ittifaq qurmalıdır – Perinçek

Türkiyənin müxalif "Vətən" partiyasının sədri Doğu Perinçek iyulun 7-8-də Ankarada keçiriləcək NATO sammitini "ittifaqın dəfn mərasimi" adlandırıb. teleqraf-a istinadən xəbər verir ki, o, ABŞ və İsraili

Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Müdafiə Nazirliyinin hərbi qulluqçuları və mülki işçiləri təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliye

Qoşunlar üz-üzə: vəziyyət gərginləşir – Fəlakət ssenarisi təkrarlana bilər

ABŞ və İran arasında davam edən gərginlik son hadisələr fonunda yeni mərhələyə qədəm qoyub. Tərəflər arasında açıq müharibə olmasa da, tam sülhdən də danışmaq mümkün deyil. Diplomatik bəyanatlar, qarşılıqlı təhdidlər və regiond

Türkiyə MN Azərbayan Silahlı Qüvvələrini təbrik etdi - Foto

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbayan Silahlı Qüvvələrini təbrik edib. xəbər verir ki, bu barədə nazirliyin "X" sosial şəbəkə hesabında paylaşım edilib. "Azərbaycan Silahlı Qüvvələrinin 108-ci ildönüm

"Azərbaycanı vurardıq" bəyanatına Bakıdan cavab: "İranda yaxşı bilirlər ki…"

İran parlamentinin deputatı Kamran Qəzənfərinin Azərbaycanın ünvanına növbəti dəfə səsləndirdiyi ittihamlar iki ölkə arasında münasibətlərlə bağlı müzakirələri yenidən gündəmə gətirib. Deputat bu dəfə İranın müharibə zaman


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler az bugun xeberler xeber.az bu gun valyuta mezennesi 2026