Azərbaycanın Xəzər dənizində ən böyük ticarət donanmasına malik olması iqtisadiyyatımızın qüdrətini artıran amillərdənir

Azərbaycanın Xəzər dənizində ən böyük ticarət donanmasına malik olması iqtisadiyyatımızın qüdrətini artıran amillərdənirDünya İqtisadi Forumu siyasətçiləri, biznes adamlarını və ictimai  təşkilatçıları bir araya gətirən və dünyada baş verən iqtisadi proseslərin, dünya  iqtisadi gündəliyinin, habelə  ictimai-siyasi  proseslərin müzakirə olunduğu ən böyük platformalardan biridir. Forum dünyada gedən iqtisadi meyillər haqqında dolğun məlumat verir.
19 yanvar 2023-cü il tarixində Davos İqtisadi Forumunda Azərbaycan  Respublikasının Prezidenti İlham Əliyev iştirak edib və "Avrasiya Orta  Dəhlizi; Yoldan magistrala" mövzusunda çıxış edib.
Prezident İlham Əliyev Orta Dəhlizin üstünlüklərindən danışarkən bildirib ki, bu nəhəng layihədə iştirak edən dövlətlər bir-biri ilə yaxşı münasibətdədir. Azərbaycanın qərbdə Türkiyə və Gürcüstanla, şərqdə isə Mərkəzi Asiya ilə qarşılıqlı etimada əsaslanan əlaqələri vardır. Qərb ilə Şərq arasında təbii coğrafi bağlantımız olduğu üçün illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayələr yatırır. Azərbaycanın infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır. Azərbaycan artıq neçə illərdir ki, neftin tranzitini təkcə Türkmənistandan deyil, Qazaxıstandan da etməyə başlamışdır. Bu dəhlizdən karbohidrogenlər üçün də istifadə potensialımız var. "Vahid pəncərə" sistemini tətbiq etməklə daha sıx əməkdaşlığa nail olmaq olar. 
Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanın Orta Dəhliz üzərində  yerləşməsi və şimal-cənub marşrutu boyu yerləşməsi əlavə biznes imkanları yaradır. Tezliklə Bakıda dəniz limanı yaxınlığında azad zonanın açılışı olacaq, istehsal yeri şirkətlərin investisiya yatırması üçün əlverişli olacaq, Azərbaycan–Türkiyə, Azərbaycan–Gürcüstan və Gürcüstan–Türkiyə arasındakı üçtərəfli əməkdaşlıq formatımız var. Biz artıq bu formatın bəhrələrini görürük. Qarşılıqlı uduşlu vəziyyət yaratmağa müvəffəq olmuşuq və maraqların balansı qorunub saxlanılır.
Forumda Prezident İlham Əliyev Azərbaycanın Xəzər dənizində 53 gəmi ilə ən böyük ticarət donanmasına malik olmasını Azərbaycan iqtisadiyyatınının qüdrətini artıran amillərdən biri kimi dəyərləndirdiyini bildirib. 
Mərkəzi Asiya, Türkmənistan, Qazaxıstan, Azərbaycan arasında yaxşı dəmir yolu bağlantılarının olmamasını qeyd edən Prezident, Çinin təşəbbüsü ilə başlayan Çin-Qırğızıstan-Özbəkistan dəmir yol layihəsinin üstünlüklərindən danışıb.  
Prezident İlham Əliyev Avropaya artan enerji təchizatından, təbii qazla bağlı Avropa Komissiyasından daxil olan müraciətlərə uyğun işlərin qurulmasından və artımın çox sürətli olmasından danışaraq, ümumi həcmin isə 24 milyard m3 olduğunu bildirib. 
Yaşıl enerji ilə bağlı potensialın çox böyük olduğunu söyləyən Prezident Xəzər dənizinin külək potensialının, eyni zamanda işğaldan azad olmuş ərazilərdə 10 qiqavat potensialın olduğunu qeyd edib.
Vaxtın bitməsinə 3 dəqiqə qalmış Ermənistanla bağlı münasibətlər barəsində verilmiş sualı cavablandıran cənab İlham Əliyev deyib: "Əfsuslar olsun ki, Ermənistan bizim çox sadə və beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanacaq  sülh sazişini imzalamaqla bağlı təklifimizə cavab verməyib. Ermənistan buna hazır deyil. Onlar regionun təhlükəsiz olmasında maraqlı deyillər". 
Təyyubə Hüseynova Saray qəsəbə 3 saylı tam orta məktəbin direktoru, əməkdar müəllim / azxeber.com

Siyasi       Tarix: 23 yanvar 2023
f Paylaş

Oxşar xəbərlər

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian

Biz İran xalqına xidmət etməyə borcluyuq. Ali dini rəhbərimiz (Müctəba Xamenei – red) ABŞ-la "nə müharibə, nə də sülh" vəziyyətinə son qoyulması ilə bağlı göstəriş verib. xəbər verir ki, bunu İran Prezidenti Məsu

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Hacıqabul rayonundan sosial media hesablarında paylaşım edib. xəbər verir ki, Mehriban Əliyeva rayon ərazisindən keçərkən qarşılaşdıqları göy qurşağının görüntülərin

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

Şimali Kiprin tanınması üçün... - Ərdoğan

Türkiyə olaraq Şimali Kipr türk xalqını heç vaxt tək və ya köməksiz qoymayacağıq. Bütün dünya bunu bilməli və nəzərə almalıdır. KONKRET.azxəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasınd


azerbaycan xeberleri son xeberler yeni xeberler xeberler bugun 2026 sonxabar az qarabag sonxeber.az