Azərbaycanın Zəngəzuru almaq üçün İMKANLARI VAR - Köçəryan DETALLARI AÇDI
Ermənistanın keçmiş prezidenti Robert Köçəryan hesab edir ki, Azərbaycanın Zəngəzurdan (Sünik) Naxçıvana dəhliz açmaq üçün nəzəri imkanları var, amma Rusiyanın Ermənistandakı hərbi iştirakı bunun qarşısını alır.
RBK agentliyinə müsahibəsində Köçəryan bildirib ki, onun KTMT-dən xüsusi gözləntiləri yoxdur. Amma Ermənistan-Rusiya ikitərəfli hərbi müttəfiqlik müqavilələləri əsas çəkindirici amildir.
"KTMT-dən hansısa xüsusi gözləntilərim yoxdur. Mən bu haqda publik olaraq danışıram. Ermənistan hakimiyyəti hansısa mənada əlindən gələni edib ki, bizim KTMT ilə münasibətlərimizi korlasın. Yuri Xaçaturovun (KTMT-nin keçmiş baş katibi) işi məlumdur...Üstəlik ikitərəfli planda Azərbaycanın KTMT ölkələri ilə daha isti münasibətləri var. Rusiya əlbətdə, ayrı məsələdir. Lakin orada qərarlar kollektiv qəbul olunur", - Köçəryan bildirib.
Keçmiş erməni prezidentinin dediyinə görə, Paşinyanın onun guya 1999-cu ildə Mehrini Azərbaycana verməyə razılaşdığı haqda dedikləri boş şeydir, sabun köpüyündən yapışmaq cəhdidir. "Bu adam verilməsi mümkün olan nə varsa, verib. Və əgər nəsə qalıbsa, ancaq Rusiyanın səyləri sayəsində qalıb", - Köçəryan deyib.
O, qeyd edib ki, müharibədən sonra Ermənistanda Rusiyaya münasibətin necə dəyişdiyini qarşıdakı seçkilər göstərəcək.
"Mənim qənaətim belədir: cəmiyyətimizin böyük əksəriyyəti Rusiyaya regionda təhlükəsizliyin əsas qarantı kimi baxır. Regionda Türkiyə amili artıb, amma Rusiya Türkiyənin təsirini məhdudlaşdıra biləcək yeganə ölkə olaraq qalır", - Köçəryan bildirib. (virtualaz.org) /publika.az
Turlar.az [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək