Bakı Media Mərkəzinin 'Sükut içində addımlar' filminin təqdimatı olub

Bakı Media Mərkəzinin 'Sükut içində addımlar' filminin təqdimatı olubNizami Kino Mərkəzində Bakı Media Mərkəzinin istehsalı olan "Sükut içində addımlar" tammetrajlı sənədli filminin təqdimat mərasimi keçirilib.
azxeber.com xəbər verir ki, tədbirdə Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva, dövlət və hökumət rəsmiləri, mədəniyyət xadimləri və filmin yaradıcı heyəti iştirak ediblər.
Qonaqlar əvvəlcə filmin mövzusunu, minatəmizləmə fəaliyyətini və bu sahədə çalışan qadınların gündəlik həyatını əks etdirən sərgi ilə tanış olublar.
Filmin nümayişindən əvvəl çıxış edən hərbi jurnalist Heydər Mirzə mina təhlükəsinin Azərbaycanın üzləşdiyi ən ciddi humanitar problemlərdən biri olduğunu vurğulayıb. O, işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinin əhəmiyyətindən, bu prosesdə iştirak edən insanların həyata keçirdikləri missiyadan danışıb.
Qeyd olunub ki, 2021-ci ildə AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışov Kəlbəcərdə xidməti vəzifələrini yerinə yetirərkən mina partlayışı nəticəsində şəhid olublar. Bu faciə mina təhlükəsinin hərbçilər, mülki şəxslər və jurnalistlər üçün nə dərəcədə ciddi təhdid yaratdığını bir daha nümayiş etdirib.
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov çıxışında bildirib ki, 2020-ci ilin noyabrından indiyədək Azərbaycanda 444 nəfər mina qurbanı olub, onlardan 73-ü həyatını itirib. O qeyd edib ki, aparılan təhlillərə əsasən, mina hadisələrinin təxminən 60 faizi keçmiş təmas xəttindən içəridə baş verib. Bu fakt işğaldan azad edilmiş ərazilərin nizamsız şəkildə minalandığını göstərir.
Vüqar Süleymanovun sözlərinə görə, hazırda azad edilmiş ərazilərin 11 min 667 kvadratkilometri mina və digər partlayıcı sursatlarla çirklənmə baxımından şübhəli ərazilər kateqoriyasına daxildir.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Umud Mirzəyev çıxışında filmin mina probleminin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından əhəmiyyətini vurğulayıb. O diqqətə çatdırıb ki, işğaldan azad edilmiş ərazilərdəki mövcud mina təhlükəsi yalnız Azərbaycanın deyil, bütövlükdə beynəlxalq ictimaiyyətin diqqətində qalmalı olan ciddi humanitar problemdir. Belə ekran əsərləri həm bu təhlükənin miqyasını göstərir, həm də mina təmizləyən insanların, xüsusilə qadınların fədakarlığını və gündəlik mübarizəsini geniş auditoriyaya çatdırır.
Sonra qonaqlar "Sükut içində addımlar" tammetrajlı sənədli filmini izləyiblər.
Filmin qəhrəmanları tamamilə qadınlardan ibarət xüsusi minaaxtaran qrupudur. Kamera davamlı olaraq bu qadınların həyatını izləyir və göstərir ki, onlar nə qədər təhlükəli, riskli bir işlə məşğul olsalar da, evdə hər şeyi unudub bir ana, bir həyat yoldaşı kimi sevdiklərinin yanında olurlar.
Ekran əsərinin artıq ilk uğurları da var. Avropanın ən qədim kino tədbirlərindən biri sayılan 66-cı Krakov Film Festivalının müsabiqəsində filmin ilk dünya premyerası keçirilib. Burada film "Ən yaxşı təsvir həlli" mükafatına layiq görülüb.
Film sənədli filmlər və kitablar üzrə ixtisaslaşmış, Avropa mərkəzli rəqəmsal və çap jurnalı "Modern Times Review" platformasında da yer alıb. Xarici auditoriya bu beynəlxalq platformadan da film haqqında ətraflı məlumat ala bilər.
Bununla yanaşı, ekran əsəri Polşanın Qdınya şəhərində keçirilən və Avropanın nüfuzlu kino platformalarından biri olan "NNW" Beynəlxalq Film Festivalında "Münsiflər heyətinin xüsusi qeydi" mükafatı ilə təltif edilib, Rumıniyada keçirilmiş "Astra Film Festivalı"nda beynəlxalq ictimaiyyətə təqdim olunub.
Bu uğurlar "Sükut içində addımlar"ın ("Steps in Silence") davamlı şəkildə beynəlxalq auditoriya qarşısına çıxmasına və filmdə əks olunan mühüm hekayənin daha geniş coğrafiyada izləyicilərə çatmasına yeni imkanlar yaradır.
Nizami Kino Mərkəzindəki təqdimat zamanı film tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Sonda filmin yaradıcı heyəti səhnəyə dəvət olunub.
Filmin ssenari müəllifi Fariz Əhmədov və quruluşçu operatoru Mateuş Çuxnovski çıxışlarında ekran əsərinin ərsəyə gəlməsinə göstərdiyi dəstəyə görə baş prodüser, Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva başda olmaqla, layihənin reallaşmasında əməyi keçən hər kəsə təşəkkürlərini bildiriblər.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, ARKA və Polşa Kino İnstitutunun maliyyə dəstəyi ilə Bakı Media Mərkəzi, "Drygas Film Production" və Polşa Televiziyası (TVP) tərəfindən birgə istehsal olunan filmin baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva, həmprodüseri Vita Jelakeviçut (Polşa), prodüseri Orman Əliyev, ssenari müəllifləri Fariz Əhmədov və İsmayıl İman, quruluşçu operatoru Mateuş Çuxnovski, redaktoru Rasim İsmayılov, kreativ prodüserləri isə Maçey Driqas (Polşa) və Tahir Əliyevdir.
Xatırladaq ki, Azərbaycan tarixini yaşatmaq, həqiqətləri olduğu kimi çatdırmaq yarandığı ilk gündən Bakı Media Mərkəzi üçün böyük önəm daşıyır. Mərkəz bu müddət ərzində ölkəmizin ən müxtəlif tarixi dövrlərini özündə əks etdirən "Hədəf Bakıdır", "Miras", "Son iclas", "Əbədi ezamiyyət", "Biz" və "Şuşa, sən azadsan!", "Tağıyev" kimi ictimaiyyət tərəfindən geniş marağa səbəb olan filmlər istehsal edib.
"Sükut içində addımlar" filminin treylerini aşağıdakı linkdən izləmək olar:

Bakı Media Mərkəzinin 'Sükut içində addımlar' filminin təqdimatı olubBakı Media Mərkəzinin 'Sükut içində addımlar' filminin təqdimatı olubBakı Media Mərkəzinin 'Sükut içində addımlar' filminin təqdimatı olubBakı Media Mərkəzinin 'Sükut içində addımlar' filminin təqdimatı olubBakı Media Mərkəzinin 'Sükut içində addımlar' filminin təqdimatı olubBakı Media Mərkəzinin 'Sükut içində addımlar' filminin təqdimatı olubBakı Media Mərkəzinin 'Sükut içində addımlar' filminin təqdimatı olubBakı Media Mərkəzinin 'Sükut içində addımlar' filminin təqdimatı olubBakı Media Mərkəzinin 'Sükut içində addımlar' filminin təqdimatı olubBakı Media Mərkəzinin 'Sükut içində addımlar' filminin təqdimatı olubBakı Media Mərkəzinin 'Sükut içində addımlar' filminin təqdimatı olubBakı Media Mərkəzinin 'Sükut içində addımlar' filminin təqdimatı olubBakı Media Mərkəzinin 'Sükut içində addımlar' filminin təqdimatı olubBakı Media Mərkəzinin 'Sükut içində addımlar' filminin təqdimatı olub

Sosial       Tarix: 13 noyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Bakı şəhərində 8 Noyabr - Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir. xəbər verir ki, həmin görüntüləri sizə təqdim edir. Xatırladaq ki, bu gün Azərbaycanda 8 Noyabr - Zəfər Günü münasibətil

Sabiq vəzifəli şəxs vəfat etdi

Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsi vəfat edib. -a istinadən xəbər verir ki, qurumda birinci müavin vəzifəsində çalışmış Tariyel Çoban oğlu Məmmədov dünyasını dəyişib. Qeyd edək ki, T.Məmmədov 1994-cü ildə

Nigar Kərimova direktor təyin olundu

Nigar Kərimova Genetik Ehtiyatlar İnstitutuna icraçı direktor təyin olunub. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb. Qeyd edilib ki, digər əmrlə ona institutun baş direktoru vəzifəsinin səlahiyyətlərin

Bakı-Astara magistralında qəza: Avtomobil piyadanı vurdu

Bakı-Astara magistral yolunda avtomobil piyadanı vurub. Hadisə magistral yolun Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, minik maşını 1990-cı il təvəllüdlü Aynur Zəbiyevanı vurub. Zərərçəkən ağı

Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb

Cəlilabad rayonunda azyaşlının ölümü ilə nəticələnən hadisə baş verib. -a istinadən xəbər verir ki, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb. Məlumata görə, 10 yaşlı A.Y. yüksək hərarət səbəbindən qıcolma keçirərə

Öz xəyallarında yaratdıqları Atatürk obrazı ilə... - Ərdoğan

Mustafa Kamal Atatürkün mirasından sui-istifadə edənlər onilliklər ərzində bu millətə yuxarıdan aşağı baxdılar. Qazinin fikirlərini öz siyasi məqsədlərinə uyğunlaşdırmaq üçün təhrif edərək, bu millətə ən böyük ziyanı vurdular

Xəzərdə böyük oyun: Nə baş verir?

Türkmənistan uzun illərdir nəhəng qaz ehtiyatlarının ixracını şaxələndirmək üçün yeni imkanlar axtarır və bu kontekstdə Transxəzər marşrutu ən optimal variantlardan biri hesab olunur. ABŞ-nin Mərkəzi Asiya və Cənubi Qafqazd

Azərbaycanda vəzifəli şəxs vəfat etdi

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev vəfat edib. -a istinadən xəbər verir ki, o, bu gün dünyasını dəyişib. Birinci Qarabağ müharibəsinin iştirakçısı olan Füzuli Rzaquliyevi

Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır

Tovuz və Gədəbəy rayonlarının ucqar dağ kəndlərinə qar yağır. Bu gün səhər saatlarından etibarən Tovuz rayonunun Mollayrım, Hacıhəsənli, Kirən, Xınnakirən, Sofular, Qalaboyun, Xatıncan, Baqqallı, Saladınlı və ətraf yaşayı


yeni xeberler azerbaycan xeberleri son xeberler kriminal xeberler sou xeberler son xeberler bugun 2026 muharibe sonxabar az