Azercell 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib
"Süni İntellektlə Müasir Məktəb" (SIMM) layihəsi çərçivəsində Gəncə və Xankəndidə müəllimlər üçün təcrübi təlim sessiyaları təşkil olunub. Təlimlərdə 18 məktəbdən 100 müəllim iştirak edib.
Layihəyə müəllimlər tərəfindən böyük maraq göstərilib. Nəticədə, təlimlərdən faydalanan müəllimlərin sayı ilkin hədəfi iki dəfə üstələyib.
Azərbaycan, ingilis və rus dillərində keçirilən sessiyalar süni intellektin tədris prosesində tətbiqinə həsr olunub. Müəllimlər dərs planlarının və tədris materiallarının hazırlanmasında istifadə edə biləcəkləri süni intellekt alətləri ilə tanış olub, onların imkanlarını real tapşırıqlar vasitəsilə sınaqdan keçiriblər. İştirakçılar, həmçinin "Gemini Gems" platforması vasitəsilə fərdi süni intellekt köməkçiləri yaratmağı öyrəniblər.
Təlim proqramında süni intellekt tərəfindən yaradılan məzmunun dəqiqliyinin qiymətləndirilməsi, bunu həyata keçirən alətlərin imkan və məhdudiyyətləri müzakirə olunub. Bu yanaşma müəllimlərdə süni intellektdən yalnız texnoloji vasitə kimi deyil, həm də tənqidi düşüncə və peşəkar qiymətləndirmə resursu kimi istifadə bacarığını inkişaf etdirir.
SIMM layihəsi hazırda növbəti mərhələləri üzrə davam edir. Müəllimdən-müəllimə bilik və təcrübə mübadiləsi modelinə əsaslanan bu yanaşma layihənin əhatə dairəsini genişləndirməyi, pedaqoqlar arasında əməkdaşlığı gücləndirməyi və məktəblərdə davamlı qarşılıqlı öyrənmə və praktiki dəstək mühiti formalaşdırmağı hədəfləyir. / azxeber.com
Xidmetler [newsid: 0-123300]

Çin və Mərkəzi Asiya ölkələri aviareyslərin sayını artırır: Yeni marşrutlar açılır
Arif Mirzəyev vəfat etdi
Rusiyalı səfir sui-qəsdin qurbanı olub? - Rəsmi açıqlama
Bakıda məşhur iş adamı avtomobilin altında qaldı: Komaya düşdü
Gəncədə evdə iki nəfərin meyiti aşkarlanıb
Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb
Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
"900 manat maaş alır, sistemdə 400 manat göstərilir" – İşçiləri hansı təhlükə gözləyir?
Adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır
26 100 AZN ilkin ödənişlə mənzil sahibi olmaq üçün son fürsətlər
Dövlət Komitəsi Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə etiraz edib
Türkiyə Ermənistanla sərhədi açır?
8 milyard manatlıq sosial islahat: 2027-ci ildə vətəndaşları nə gözləyir?
Leyla Əliyeva 'Qlobal Sıfır Tullantı Alyansı' çərçivəsində keçirilən yüksəksəviyyəli toplantıda iştirak edib