Azərbaycanla Cibuti arasında ikitərəfli əməkdaşlıq əlaqələri müzakirə olundu
Martın 5-də Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Ən az inkişaf etmiş ölkələr üzrə BMT-nin Beşinci Konfransında (LDC5) iştirak etmək üçün Qətərə işgüzar səfəri çərçivəsində Cibuti Respublikasının xarici işlər naziri Mahamud Ali Yusuf ilə görüşüb.
XİN-nin Mətbuat xidməti idarəsindən KONKRET.az-a bildirilib ki, görüşdə Azərbaycan və Cibuti arasında ikitərəfli siyasi və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub, ölkələrimiz arasında xüsusilə iqtisadi, nəqliyyat, təhsil və humanitar sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.
Görüş zamanı, nazir Ceyhun Bayramov BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda Azərbaycana, ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hər zaman göstərdiyi dəstəyə görə Cibuti tərəfinə təşəkkür edib.
Nazir, həmçinin həmkarına Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı üzv ölkələri üçün təhsil və təlim üçün təqaüd proqramı barədə məlumat verib və Cibutinin bu imkanlardan faydalanması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Cibutinin xarici işlər naziri ölkəsinin Azərbaycanla hərtərəfli əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlərə dair fikir mübadiləsi aparıblar.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir