Azərbaycanla kommunikasiya əlaqələri bərpa ediləcək - PAŞİNYAN
Bu gün Ermənistann parlamentində hökumətin dinləmələri keçirilib.
KONKRET.az xəbər verir ki, Baş nazir Nikol Paşinyan deputatlar qarşısında çıxış edib və onların suallarını cavablandırıb. Paşinyan əsasən Brüsseldəki görüş barədə danışıb. Bildirib ki, Brüsseldə hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması və təsdiqlənməsi müzakirə olunub.
Paşinyan sərhədlərin delimitasiyasını 1991-ci il Almatı bəyannaməsi əsasında aparılacağını deyib:
"Yaxın vaxtlarda demarkasiya işlərinin kartoqrafik əsaslarını dəqiqləşdirməyə ehtiyac var".
Nikol Paşinyanın həmçinin, regional kommunikasiyaların qarşılıqlı razılaşmalar əsasında açılacağını deyib.
"Biz əsirlərin qaytarılması və itkin düşənlərin taleyinin aydınlaşdırılması istiqamətində də işimizi davam etdirməliyik", – deyə Paşinyan bildirib.
Vəli Həsənov,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi