Azərbaycanla sərhədə qoşun yığılır: Ermənistan müharibəyə nə zaman başlayacaq? - KRİTİK MƏQAMLAR
"Azərbaycanla bütün sərhəd boyu erməni mövqeləri döyüş hazırlığı vəziyyətinə gətirilib". Bunu erməni jurnalist Voskan Sərkisyan deyib. Həmçinin bəzi erməni KİV-lərində şərti sərhəddə atəş səslərinin eşidildiyi yazılıb. Bəs görəsən Ermənistan ordusunun döyüşə hazırlaşması ilə bağlı yayılan iddialar nə dərəcədə realdır? Müharibə nə zaman başlaya bilər?
Mövzunu KONKRET.az-a politoloq Züriyyə Ruslanqızı şərh edib:
"Ermənistanın təxribat ritorikasını gücləndirəcəyi gözlənilən idi. Çünki sülh danışıqları ilə bağlı ciddi bir yol qət edildiyi və Azərbaycan bu istiqamətdə fundamental perspektivləri formalaşdırdığı zaman, qarşı tərəfdən fərqli reaksiyalar olur. Sülhpozucu və sülhü əngəlləyən addımlar atılır. Təəssüf ki, bu, bir tərəfdən erməni xisləti ilə bağlıdırsa, digər yandan Ermənistanı bu ritorikaya təhrik edən qüvvələrin ritorikasının nəticəsidir. Bu gün Qərb dairələri bölgədə sülhün formalaşmasından yana deyillər. Onların müəyyən maraqlarının təmin ediməsi üçün bölgədə xaotik bir mühitin formalaşmasına ehtiyac var. Çünki Ermənistanın siyasi, iqtisadi və hərbi imkanları bu təxribatların qarşılığında Azərbaycanın adekvat reaksiyasının qarşısında durmağa imkan vermir. Odur ki, Ermənistan nəticələri gözə alaraq bu addımları atırsa, deməli direktivləri müəyyən qüvvələrdən alır. Təxribatlar bu səpkidə davam edərsə, İrəvan götürdüyü öhdəlikləri sabotaj etməkdən yayınmazsa, Azərbaycan beynəlxalq hüquq prinsiplərini əsas götürərək cavab addımları atacaq".
Müşviq Tofiqoğlu
KONKRET.az

Bakıda kirayə qalan ailələrə XƏBƏRDARLIQ
Növbəti üç il ərzində büdcə vəsaitləri bu istiqamətlərdə xərclənəcək
İlham Əliyev "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - FOTOLAR
Vətən müharibəsi veteranlarını SEVİNDİRƏCƏK XƏBƏR
Bu ərazilərdə 3 saat işıq olmayacaq
İspaniya çempion məşqçisi ilə bağlı qərarını verdi
Lənkəranda "Mercedes Vito" TIR-la toqquşdu - Ölən və xəsarət alanlar var
Ermənistan Qərbi Azərbaycanda xalqımızın tarixi irsini məhv edib
Hakan Fidan: Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirəcəyik
Gələn ilin dövlət büdcəsində 3,2 milyard manatlıq kəsir gözlənilir
Zelenskidən Kremlə TƏKLİF: Siyahını masaya qoyun
Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI
Azərbaycanın gələn il üzrə hərbi xərcləri açıqlandı
Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir