Azərbaycanlı əsgəri əsir götürən erməni meşəbəyi danışdı

Azərbaycanlı əsgəri əsir götürən erməni meşəbəyi danışdıNaxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən aprelin 10-da Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iki əsgəri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüb. Dünən Axundov Hüseyn Əhliman oğlunun Ermənistanda şiddətli şəkildə döyülməsi, işgəncələrə məruz qalmasını əks etdirən görüntülər yayılıb.
Hazırda Ermənistanda əsir saxlanılan və ağır işgəncələrə, qeyri-insani rəfdara məruz qalan azərbaycanlı hərbçilər bu ölkənin Milli Təhlükəsizlik Xidmətinə təhvil verilib.
azxeber.com musavat.com-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Polis İdarəsindən  bildirilib. Hələlik, qurum məsələ ilə bağlı əlavə açıqlama yaymayıb.
Zəngəzur (Sünik) rayonunun Açanan kəndi yaxınlığında tapılan azərbaycanlını ilk görən Qafan meşəbəyliyinin əməkdaşı Ara Sukiasyan olub. Sukiasyan deyib ki,  Zəngəzur vilayətinin qubernatoru Robert Qukasyan, Qafan meşə təsərrüfatının və Zəngəzur biosfer kompleksinin əməkdaşlarının iştirak etdiyi azərbaycanlının axtarışı gecə boyu davam edib. "Mənə zəng edəndə artıq səhər idi, dedilər ki, tez gəl. Direktor Sasun Manukyan dedi ki, panikaya ehtiyac yoxdur, sadəcə meşə yollarında pusqu qurmaq lazımdır, azərbaycanlı burada haradasa, yaxınlıqdadırlar"- Ara Sukiasyan aravot.am- saytına bildirib. Onun sözlərindən belə aydın olub ki, qubernator hansı meşə yollarının və cığırlarının nəzarətə götürəcəklərini müəyyənləşdirib. Onlar isə axtarış üçün bir neçə istiqamətə ayrılıblar.
Ara Sukiasyan diş həkiminə getməli imiş və  bunun üçün icazə alıb.  Arvadının da şəxsi  maşınını götürən meşəbəyi Qafana doğru istiqamət alıb: "Yola çıxdım, oradan bir kişinin keçdiyini gördüm. Həyat yoldaşımdan soruşdum ki, bəlkə bu elə o axtarılan azərbaycanlıdır?  Arvadım dedi  ki, bəlkə də... Maşını yavaşıtdım və onun arxasınca geri dönmək qərarına gəldim".
Meşəbəyinin sözlərinə görə, o, yolda azərbaycanlını iki maşının yanında görüb: "Onlara dedim ki, uşaqlar, bu adam azərbaycanlıdır.  Onlar da soruşdular ki, sən haradan bilirsən? Telefonumda şəkli var idi.  Açdım baxdıq, əmin olduq ki, axtarılan azərbaycanlıdır və dərhal əllərini kəndirlə bağladıq" Ara Sukiasyan bildirib ki, əvvəlcə azərbaycanlının haradan olduğunu soruşublar. O da cavab verib ki, farsdır. "Dedim, sən fars deyilsən və fotonu göstərdim. Bu sən deyilsənmi soruşdum? Ondan sonra dedi ki, "Azərbaycan, Azərbaycan..." Onun sözlərinə görə, əllərini bağladıqdan sonra əsgərimizin üst-başını axtarıblar. "Əlində silah yox idi, üstündə sadə otvyorka, bir neçə patron və dəftər var idi..."
Qeyd edək ki, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Ermənistanda saxlanılan iki Azərbaycan hərbçisinin məsələsi barədə məlumatlıdır. BQXK-nin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova  bildirib ki, ailələr və müvafiq qurumlarla əlaqədədirlər: "Məqsədimiz saxlanılan şəxslərə mümkün qədər tez baş çəkməkdir. Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir və onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır".

Sosial       Tarix: 16 aprel 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla


son xeberler azerbaycan xeberleri yeni xeberler xeberler azerbaycan ən son xeberler qurban bayrami 2026 bugunun xeberleri