Azərbaycanlı gimnast: Mehriban Əliyevanın dəstəyi bizim üçün çox dəyərlidir
"Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın sosial mediada paylaşımı bizi çox məmnun etdi. Çox xoşbəxtik ki, Mehriban Əliyeva bizi həmişə dəstəkləyir. Onun dəstəyi isə bizim üçün çox dəyərlidir".
azxeber.com xəbər verir ki, bu sözləri "Paris-2024" Yay Olimpiya Oyunlarında beşinci yeri tutaraq tarixi nəticə əldə edən bədii gimnastika üzrə qrup hərəkətləri komandasının üzvü Güllü Ağalarzadə deyib.
O bildirib ki, insanların dəstəyi gimnastlara daha çox motivasiya verirdi: "Azərbaycan kimi ölkəni təmsil etmək asan iş deyil. Çox fəxr edirik ki, ölkəmizi Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında layiqincə təmsil etdik. Biz çox əla komandayıq. Bu ölkəni təmsil etmək böyük məsuliyyət tələb edir. Beş ən güclü kollektiv arasında olmaq qürurvericidir".
Komandanın digər üzvü Zeynəb Hümmətov da yarışda əsas hədəflərinin verilən tapşırıqları dəqiq yerinə yetirmək olduğunu bildirib. Onun sözlərinə görə, əsas məqsəd kompozisiyaları yüksək səviyyədə yerinə yetirməkdir:
"Çox yaxşı komandamız var. Artıq ilk beş kollektiv arasında yer almaqla hər kəsə güclü olduğumuzu sübut etdik. Fikrimcə mövcud komandanın üzvləri məşqləri yaxşı etsə, növbəti Yay Olimpiya Oyunlarında Azərbaycana tarixi medal gətirə bilərik".
Kurslar.az kurslar [newsid: 0-123300]

Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
"Xankəndi" klubunda yeni təyinat