Azərbaycanlı hüquqşünas Ukrayna müharibəsində ağır yaralanıb
Rusiyada azərbaycanlı hüquqşünas Elman Paşayev Ukrayna müharibəsində yaralanıb.
KONKRET.az xəbər verir ki, bu barədə tanınmış jurnalist, ictimai siyasi xadim Maksim Şevçenko öz teleqram kanalında məlumat yayıb.
Bildirib ki, Rusiya Silahlı Qüvvələri ilə müqavilə imzalayan Elman Paşayev ağır yaralanıb.
"Müqavilə imzalayan və cəbhə xəttində olan tanınmış hüquqşünas Elman Paşayev ağır yaralanıb. O, xəstəxanaya təxliyyəsinin ləngidiyini bildirən mesaj göndərib və bunun qəsdən edildiyini iddia edir. Elman Paşayevin təxliyyəsində köməklik göstərilməsi üçün hər kəsdən böyük xahişim var", deyə Şevçenko teleqram kanalında yazıb.
Qeyd edək ki, Elman Paşayev Rusiyada uzun müddət vəkil kimi fəaliyyət göstərib.
Tanınmış rusiyalı aktyor Mixail Yefremovun ölümlə nəticələnən avtomobil qəzasından sonra azərbaycanlı vəkil onu məhkəmədə müdafiə edib. Lakin Paşayev məhkəməni uduzub. Daha sonra RF Ədliyyə Nazirliyi Paşayevin vəkillik statusuna xitam verib.

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi