Azərbaycanlı idmançıların da iştirak edəcəyi müsabiqə təxirə salına bilər - Baş nazir danışdı
Yaponiya Tokio-2020 Yay Olimpiya Oyunlarını təxirə salmaq haqqında düşünür.
Publika.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Şinzo Abe danışıb.
"Kyodo" agentliyinin məlumatına görə, parlamentdə çıxış edən Baş nazir bildirib ki, yeni tip koronavirus pandemiyasına görə olimpiyanı təxirə salmaq məcburiyyətində qala bilərlər.
Abe Beynəlxalq Olimpiya Komitəsinin (IOC) məsələ ilə bağlı yekun qərarı verəcəyini, lakin müsabiqənin ləğv edilməsinin variantlar arasında olmadığını bildirib.
Bu arada, Kanada Olimpiya Komitəsi 1 illik təxirə salınmayacağı təqdirində, Tokio-2020 Yay Olimpiya Oyunlarına idmançı göndərməyəcəyini açıqlayıb.
Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsi Avropa Olimpiya Komitələri və Avropa ölkələrinin üzv Milli Olimpiya Komitələri ilə keçirilən video-konfransda oyunların təxirə salınmayacağı qənaətinə gəlinmişdi.
Zümrüd

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır