Azərbaycanlı ifaçı İngiltərədə vokal studiyası açdı - FOTO
Azərbaycanlı ifaçı Emin Eminzadə İngiltərədə özünün EMİNZADA vokal studiyasını açıb və yeni musiqi albomunu təqdim etməyi hazırlaşır.
azxeber.com xəbər verir ki, Emin Eminzadə studiyada vokal dərsləri ilə yanaşı, Azərbaycan xalq, klassik və müasir musiqisini tələbələrə təqdim edir.
"Vokal studiyası yaratmaq fikrim çoxdan var idi, lakin gərgin iş qrafiki və oxuduğum üçün planlarımı həyata keçirmək mümkün olmamışdı. Mən tələbələri Azərbaycanın musiqi mədəniyyəti ilə tanış etməyi çox sevirəm, nəticədə onlar daha çox məlumat əldə edirlər. Biz hətta mahnılarımızı birgə ifa edirik. Studiyada biz konsertlər də təşkil edirik. Gələcəkdə bu studiya ilə bağlı çoxlu planlarım var",- Eminzadə qeyd edib.
Eminzadə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını fərqlənmə diplomu ilə bitirib, Fidan Qasımovanın sinfində təhsil alıb.Müğənninin adı "Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılıb.
Əvvəllər o, tələbə mübadiləsi proqramı çərçivəsində ABŞ-da təhsil almaq üçün təqaüd qazanıb, daha sonra Texasa gedib. Sonra Amerika Musiqili Dram Akademiyasına daxil olub və bu təhsil ocağında təhsil alan ilk azərbaycanlı olub.
Qeyd edək ki, Emin Eminzadə Qazaxıstanda "Qızıl Mikrofon", İtaliyada Elia Katalano, İspaniyada "Opus - 2012", 2013-cü ildə Bakıda keçirilən "TO THE TOPS" kimi beynəlxalq müsabiqələrin laureatıdır. O, həm də Bakıda məşhur italyan ifaçısı Robertino Loretti ilə eyni səhnədə çıxış edərək, onunla Jamayka və O Sole Mio mahnılarını duet ifa edib. Məşhur italyan ifaçısı Robertino Loretti Bakıda verdiyi konsertdən sonra Emini "Azərbaycanın Robertinosu" adlandırıb.
2019-cu ildə o, 62-ci Qremmi Mükafatlarına fəxri qonaq kimi dəvət olunub. Onun istedadı pop kralı Maykl Ceksonun bacısı Canet Cekson tərəfindən də yüksək qiymətləndirilib.
Xatırladaq ki, 2020-ci ildə müğənni Londonun nüfuzlu universitetlərindən birinə - Britaniya və İrlandiya Müasir Musiqi İnstitutuna (British and Irish Modern Music Institute) daxil olub. İki ildir ki, Emin Eminzadə musiqi karyerasını orada davam etdirir, mahnılar təqdim edir, layihələr üzərində işləyir və Azərbaycan musiqisini təbliğ edir.
Emin Eminzadə ifa etdiyi bütün bəstələrin müəllifidir.












Turlar.az [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
Qızıl və gümüş bahalaşdı
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb