Azərbaycanlı jurnalisti yunan Kiprinə buraxmadılar
"Xəbəriniz varmı ki, Yunanıstan qeyri-rəsmi olaraq yalnız Türkiyə və Azərbaycan vətəndaşlarına yunan Kiprinə getməyi qadağan edir?! Hətta bizim Şengen vizamız olduğu təqdirdə belə, əlavə olaraq yunan Kiprinin ayrıca vizası tələb edilir".
azxeber.com Modern.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Yadigar Məmmədli bildirib.
Məlum olub ki, dünən yunan Kiprində keçirilən bir toplantıya gedən azərbaycanlı jurnalist Yunanıstandan geri qaytarılıb.
"Absurddur, amma acı reallıqdır... Deməli, dünən - okytabrın 19-da mən Avropa Mətbuat Şuraları Alyansının (AIPCE) yunan Kiprində keçirilən illik toplantısına qatılmaq üçün bu ölkəyə səfər etməliydim. Postpandemiya və Rusiya-Ukrayna müharibəsi fonunda, min bir əziyyətlə və çox baha qiymətlərlə təyyarə biletlərini əldə edib yola düşdüm. Birbaşa olmadığına görə digər ölkə üzərindən Yunanıstan paytaxtı Afinaya çatdım. Və ordan yunan Kiprinə, söylədiyim səbəb üzündən buraxılmadım... Afina hava limanında 5 saatlıq mücadiləm də müsbət nəticə vermədi. Məsələyə məni dəvət edən tərəfin, Avropa Mətbuat Şuralarının müdaxilə etməsinin də xeyri olmadı. Durumumu düşünün... 4 günlük tədbirə gediş-dönüş uçaq biletlərim alınıb, otel rezervasiya edilib... və mən kor-peşiman geri dönməliyəm. Allah bunu heç düşmənimə də... yox yunan qarışıq kiprlilərə qismət eləsin, düşməndilər ki, düşmən. Bunu deyirəm ki, ora səfər edənlər nəzərə alsın, biməyənlər bilsin", - deyə Y.Məmmədli bildirib.

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var